Marneulidə 22 nəfər eksternat imtahanı verib
Marneulidə 22 abituriyent eksternat imtahanı üçün qeydiyyatdan keçib. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi I-XII sinif proqramını eksternat formatında bitirmək istəyənlər üçün iyulun 21-dən iyulun 2-dək qeydiyyat və imtahan tarixlərini müəyyən edib.

Yerli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanovun “Marneuli” radiosu ilə söhbəti zamanı verdiyi məlumata görə, gürcüdilli məktəblərdə qeydiyyatdan keçmiş abituriyentlər mərkəzləşdirilmiş üsulla, kompüterdən istifadə etməklə
imtahan verirdilər, digər hallarda isə imtahanları təhsil müəssisələri özləri təmin edirdilər. Qəhrəmanovun sözlərinə görə, XII sinfi bitirmək istəyənlər imtahana qeydiyyatdan keçibmiş.

“İmtahanlar bu gün başa çatıb, nəticələri hələ bilmirik, daha sonra açıqlanacaq”, – Əli Qəhrəmanov bildirir.

Şagirdin yaşı eksternat imtahanına uyğundursa və ya ondan artıqdırsa, sonrakı sinfin təhsil proqramını keçibsə, o, imtahan vermək hüququna malikdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google