Vahid Milli İmtahanlar başlayıb
Vahid Milli İmtahanlara start verilib. Abituriyentlər ilk imtahanı iyulun 3-də gürcü dili və ədəbiyyatı fənnindən verəcəklər.

2025-ci il imtahanları üçün ümumilikdə 80 000 abituriyent qeydiyyatdan keçib. O cümlədən:
  • Vahid Milli İmtahanlar üçün 39 000-dən çox abituriyent;
  • 2 400-dən çox tələbə qrant müsabiqəsində iştirak etmək istədiyini bildirib;
  • 10 000-dən çox namizəd ümumi magistr imtahanı üçün qeydiyyatdan keçib;
  • 24 300-dən çox
    iştirakçı isə müəllim və müəllimliyə namizədlik imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçib.
2025-ci il imtahanları ənənəvi olaraq iki sessiyada keçiriləcək.

Vahid Milli İmtahanlara iyulun 22-də keçiriləcək təsviri və tətbiqi sənət imtahanı ilə yekun vurulacaq.

Müəllim imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər iyulun 8-dən etibarən imtahan prosesində iştirak edəcəklər.

Tələbə qrant müsabiqəsi iyulun 10-da keçiriləcək, magistratura namizədləri isə iyulun 21-22-də imtahan verəcəklər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google