Qadın Hüquqları və Bərabərlik – Uşaq bağçası müəllimləri üçün təlim
“Care Caucasus” erkən və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün qadın hüquqları və bərabərlik mövzusunda iki günlük təlim-seminar təklif edir.

Tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə “Təhlükəsiz və Bərabər Cəmiyyət Naminə” layihəsi çərçivəsində keçirilir.

Təlim kursunun məqsədi yerli əhali arasında qadın hüquqları, qadınlara qarşı zorakılıq və məişət zorakılığı haqqında məlumatlılığı artırmaqdır. Kurs çərçivəsində uşaq bağçalarının və məktəblərin
müəllimlərinə, peşə liseylərinin şagirdlərinə əvvəlcədən müəyyən olunmuş mövzular üzrə məlumat veriləcək.

Hədəf qrupu:
Kaxeti və Kvemo Kartli bölgələrində fəaliyyət göstərən erkən və məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) müəllimləri. Təlim 2 qrupda keçiriləcək (hər qrupda 15 nəfər).

Təlimin qrafiki:
  • Kaxeti qrupu: 5–6 avqust (2 gün / 1 gecə)
  • Kvemo Kartli qrupu: 6–7 avqust (2 gün / 1 gecə)
  • Təlimin yeri: Kaxeti, Telavi, "Zuzumbo" mehmanxanası (Gürcüstan Universiteti küçəsi)
Təlimin mövzuları:
  • İnsan hüquqları və qadın hüquqları
  • Bərabərlik, normalar və stereotiplər
  • Qadınlara qarşı zorakılıq və məişət zorakılığı
  • Əmək bölgüsü və bərabərliyin təmin olunmasında kişilərin rolu
Təlim çərçivəsində interaktiv məşqlər, simulyasiya oyunları və real hadisələrin (keyslərin) müzakirəsi nəzərdə tutulur.

İştirak meyarları:
Namizəd Kaxeti və ya Kvemo Kartli bölgəsində yerləşən hər hansı bələdiyyədə erkən və məktəbəqədər təhsil müəssisəsində (uşaq bağçasında) işləməlidir.

Təlimin qiyməti:
İştirak, bir gecəlik yaşayış və qidalanma ödənişsizdir. Təlim yerinə gediş-gəliş də təşkil olunacaq.

Qeydiyyat:
Təlimdə iştirak etmək istəyən və hədəf qrupuna uyğun gələn şəxslər qeydiyyat formasını doldurmalıdırlar (linkə daxil olun).
Əlavə suallar üçün Tamar Kasraşvili ilə bu e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz:  CLOAKING

Tələbələrin sənəd qəbulu üçün son tarix – 17 iyul 2025-ci ildir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google