“Care Caucasus” məktəb müəllimləri üçün qadın hüquqları və
bərabərlik mövzusunda təlim elan edib.
Tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə “Təhlükəsiz və
Bərabər Cəmiyyət Naminə” layihəsi çərçivəsində keçirilir.
Təlim kursunun məqsədi yerli əhali arasında qadın hüquqları,
qadınlara qarşı zorakılıq və məişət zorakılığı barədə
məlumatlılığın artırılmasına töhfə verməkdir. Kurs çərçivəsində
uşaq bağçaları, məktəb müəllimləri və peşə liseylərinin
şagirdləri
üçün əvvəlcədən müəyyən edilmiş mövzu üzrə məlumatların verilməsi
nəzərdə tutulur.
Hədəf
qrupu:
Kaxeti və Kvemo Kartli bölgələrində fəaliyyət göstərən ümumtəhsil
məktəblərinin vətəndaşlıq təhsili, tarix, gürcü dili və xarici dil
müəllimləri. Təlim iki qrupda keçiriləcək (hər qrupda 15
nəfər).
Təlimin qrafiki:
- Kaxeti qrupu – 7-8 avqust (2 gün/1 gecə)
- Kvemo Kartli qrupu – 8-9 avqust (2 gün/1
gecə)
Təlimin keçiriləcəyi
yer:
Kaxeti, Telavi şəhəri, "Zuzumbo" mehmanxanası, Gürcüstan
Universiteti küçəsi.
Təlimin mövzuları:
- İnsan hüquqları və qadın hüquqları;
- Bərabərlik, sosial normalar və
stereotiplər;
- Qadınlara qarşı zorakılıq və məişət
zorakılığı;
- Əmək bölgüsü və bərabərliyin təmin olunmasında
kişilərin rolu.
Təlim zamanı interaktiv məşğələlər, simulyasiya oyunları və real
hadisələrin (keyslərin) müzakirəsindən istifadə olunacaq.
İştirak
meyarları:
Namizəd Kaxeti və ya Kvemo Kartli bölgəsinin istənilən
bələdiyyəsində yerləşən orta məktəbdə vətəndaşlıq, tarix, gürcü
dili və ya xarici dil müəllimi kimi çalışmalıdır.
Təlimin
şərtləri:
İştirak, bir gecəlik yaşayış və yemək pulsuzdur. Həmçinin
iştirakçılar üçün təyinat yerinə gediş-gəliş də təşkil
olunacaq.
Qeydiyyat:
Təlimdə iştirak etmək istəyən və hədəf qrupuna uyğun olan şəxslər
aşağıdakı linkdə qeydiyyat formasını doldurmalıdırlar (
LİNKƏ DAXİL OLUN).
Son müraciət tarixi: 17 iyul 2025-ci il.
Əlavə suallar üçün Tamar Kasraşvili ilə bu e-poçt vasitəsilə əlaqə
saxlaya bilərsiniz:
CLOAKING
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415