Tetritskarodan David Badalaşvili Milli Müəllim Mükafatının ilk onluğunda yer alıb
2025-ci il Milli Müəllim Mükafatı üzrə finalçılar açıqlanıb. İlk onluğa Tetritskaro bələdiyyəsinin Vaja-Pşavela adına Toneti kənd ictimai məktəbinin vətəndaşlıq və tarix müəllimi David Badalaşvili də daxil edilib.

Milli Müəllim Mükafatı 2017-ci il mayın 13-də Təhsil Koalisiyası, Təhsil və Elm Nazirliyi və Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi arasında imzalanmış memorandum əsasında təsis olunub. Müsabiqə Gürcüstanda artıq altıncı
dəfədir keçirilir və müəllimlərin ictimai nüfuzunun artırılmasına yönəlmiş “Qlobal Müəllim Mükafatı” təşəbbüsünün bir hissəsidir.

Marneulidəki müəllimlər də bu müsabiqədə dəfələrlə uğurla çıxış ediblər.
  • 2018-ci ildə Marneuli 2 və 5 saylı ictimai məktəbin müəllimi Temur Suğaşvili finalçıların ilk onluğuna düşüb.
  • 2019-cu ildə Marneuli 2 saylı dövlət məktəbinin müəllimi Qiorqi Çauçidze Milli Müəllim Mükafatının qalibi olub.
  • 2021-ci ildə isə Maradisi Dövlət Məktəbinin müəllimi Lamara Bolkvadze ilk beşlikdə yer alıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google