Bolnisidə uşaqlar üçün maarifləndirici “Nağıl Saatı” təşkil olunub (FOTO)
Bolnisi şəhərində “Parlaq Gələcək” Gənclər Mərkəzi, “Vətəndaş Bərabərliyi Platforması” və “Simart” platformasının birgə təşkilatçılığı ilə uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir – “Nağıl Saatı” keçirilib.

Tədbir zamanı uşaqlara “Simart” tərəfindən hazırlanmış “Məstan pişik” adlı animasiya filmi nümayiş olunub. Rəngarəng qrafika və maraqlı süjet balaca izləyicilərin böyük marağına səbəb olub.

Filmin nümayişindən sonra keçirilən sual-cavab sessiyasında
uşaqlar izlədikləri materialla bağlı təəssüratlarını bölüşüb, fəal iştirak ediblər və öz fikirlərini ifadə ediblər.

Tədbirin sonunda uşaqlara kitablar hədiyyə olunub ki, bu da onlar üçün sevinc və unudulmaz anlarla yadda qalıb.

Görüş mərkəzin həyətində davam edib – uşaqlar burada yerləşən heyvanlara yem veriblər. Bu, kiçik yaşlı iştirakçılarda heyvanlara qarşı qayğı və sevgi hissinin formalaşmasına xidmət edib.

Tədbirin təşkilatçıları bildirirlər ki, bu cür görüşlər uşaqların kitab oxumağa marağını artırmaqla yanaşı, onların yaradıcılıq qabiliyyətinin və empatiya bacarığının inkişafında mühüm rol oynayır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google