Vahid Milli İmtahanların 6 fənn üzrə nəticələri elan edilib

Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi abituriyentlər üçün gürcü dili və ədəbiyyatı, os dili, xarici dil imtahanlarının ilkin nəticələrini dərc edib.



Nəticələri öyrənmək üçün abituriyent online.naec.ge saytına daxil olmalı və müvafiq sahəyə şəxsi nömrəsini, beş rəqəmli parolunu daxil etməlidir. İmtahan verən şəxsi səhifəsində işinin surətinə və konkret fənn üzrə aldığı ilkin bala baxa bilər.

Milli Qiymətləndirmə
və İmtahanlar Mərkəzi işlərdə düzəlişlər edilən kimi digər imtahan fənləri üzrə abituriyentlərin ilkin nəticələrini mərhələli şəkildə dərc edəcək.

Gürcü dili və ədəbiyyatı, eləcə də os dili imtahanı üzrə maksimum bal 60, minimum keçid balı isə 15 baldan yuxarıdır. Xarici dil imtahanı üçün maksimum bal 70, minimum keçid balı 14 baldan yuxarıdır.

Ətraflı məlumat üçün verilən linkə daxil olun.


Bu gün Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə çevrilib?

Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki, bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas şərtidir.

Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə qarşı çıxan mətbuata.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


 

Print Email
FaceBook Twitter Google