Sabirkənd ictimai məktəbi və Marneuli 2 saylı ictimai
məktəbinin bərpası üçün ümumi dəyəri
142 275
lari olan tender elan edilib.
Təmir işlərinə Sabirkənd məktəbində dam örtüyünün dəyişdirilməsi və
Marneuli 2 saylı məktəbinin qismən bərpası daxildir.
Marneuli şəhəri 2 saylı ictimai məktəbində görüləcək işlər:
- Qapı və pəncərələrin daxildən işlənməsi və boya ilə
rənglənməsi;
- Qapı və pəncərələrin sementlə
suvaqlanması;
- Fasadın rənglənməsi;
- Döşəmənin örtülməsi və yağlı boya ilə
boyanması;
- Tavan və divarların işlənməsi və
rənglənməsi;
- Yeni qapıların quraşdırılması;
- Plastik su çəninin alınması və
quraşdırılması;
- Zədələnmiş pilləkənlərin üzlənməsi.
Bu işlərin ümumi dəyəri
49 725 laridən çox
olmamalıdır.
Sabirkənd ictimai məktəbində görüləcək iş:
- Dam örtüyünün dəyişdirilməsi.
Bu işin ümumi dəyəri isə
92 748 laridən çox
olmamalıdır.
Tenderdə iştirak etmək istəyən iddiaçılar öz təkliflərini 15-18
avqust tarixlərində təqdim edə bilərlər. Qalib şirkət müqavilənin
imzalandığı gündən etibarən 120 gün ərzində işləri başa
çatdırmalıdır.
Layihənin maliyyələşdirilməsi 100% yerli hökumət büdcəsi hesabına
həyata keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415