Milli imtahanlarda gürcü dilindən yüksək bal toplayan Əsgərova bacıları
Gürcüstanda vahid milli imtahanların ilkin nəticələri dərc olunub. Abituriyentlər əldə etdikləri balları sosial şəbəkələrdə fəal olaraq paylaşırlar.

Marneuli bələdiyyəsinin 6 saylı ictimai məktəbinin məzunları, Aydan və Ləman Əsgərova bacıları yüksək akademik göstəricilərlər uğurlu abituriyentlər arasına düşüblər.

Onların hər ikisi eyni zamanda birinci sinifə gedib və məktəbi bitirənə kimi ortaq yol keçiblər. Abituryentlik dövründə də məqsədləri eyni olub – imtahanları uğurla vermək və hüquq fakültəsində təhsil almaq.

Ləman Əsgərova gürcü dili və ədəbiyyatında 60 baldan 59, ingilis dilindən isə 70 baıdan 51 bal toplayıb. Aydan Əsgərov gürcü dilindən 57/60, ingilis dilindən isə 58/70 bal alıb.

“Çox həyəcanlı məqam idi, bacımla, anamla birlikdə nəticələri açdıq. İki bacı ikimizdə imtahan vermişdik və təsəvvür edirsiniz, ailə üçün necə gözlənilməz idi. Bütün ili dayanmadan çalışmışıq və sevinirəm ki, belə nəticələr əldə etmişəm. Ballarımız demək olar bacımla eynidir. Bütün müəllimlərə, məktəbə və xüsusilə də daim bizə güc verən anama minnətdaram. Gələcəkdə hüquq istiqamətində təhsilimizi davam etdirmək istəyirik və ikimiz də vəkil olmağı düşünürük” – Aydan Əsgərova “Marneuli” radiosuna bildirib.

Aydan da Ləman da öz emosiyalarını bizimlə bölüşürlər. Ləman deyir ki, milli imtahanların nəticəsinə anası ilə birlikdə baxım. Anası onun həyatının ən böyük dəstəkçisidir və həmişə onun bacarığına inanırdı.

“Balları görmək əvəzolunmaz hiss idi. Sevinirəm ki, zəhmətim, yuxusuz gecələrim nəticəsiz qalmadı. Bu dövrdə öyrəndim ki, uğur üçün mübarizə aparmaq çətindir, amma həmişə nəticəsini verir. Valideynlərimə, xüsusilə anama və bacıma minnətdaram. Çünki bir-birimizə dəstək olduq. Eləcə də bizim müəllimlərimiz Nika Burdzenidze (gürcü dili və ədəbiyyat), Ketevan Qabaşviliyə (ingilis dili) minnətdaram, onların dəstəyinin əvəzi olmaz” – Ləman deyir.

Vahid Milli İmtahanlarla universitetlərə qəbul olunanların siyahısını indiki mərhələdə Qiymətləndirmə və Milliİmtahanlar Mərkəzi dərc etməyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil
olub abunə olun!

Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google