Dövlət məşğulluq agentliyi peşə kurslarının maliyyələşdirilməsi üçün tədris müəssisələrindən müraciət qəbuluna başlayır
Dövlət Məşğulluq Agentliyi peşə üzrə qısamüddətli hazırlıq və yenidən hazırlıq kurslarının maliyyələşdirilməsi üçün tədris müəssisələrindən müraciətlərin qəbuluna başlayır. Qanunla nəzərdə tutulmuş sənədləri həm dövlət, həm də özəl tədris müəssisələri 11 avqustdan 22 avqustadək təqdim edə bilərlər. Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Səhiyyə nazirinin müavini Qiorqi Tsagareişvilinin sözlərinə görə, hazırlıq və yenidən hazırlıq proqramı vətəndaşların yeni bacarıqlara yiyələnməsinə və
onların qısa müddətdə işlə təmin olunmasına şərait yaradır. Kursların bütün xərclərini dövlət qarşılayır və bu proqramdan yararlanan benefisiarların sayı ildən-ilə artır.

Nazir müavini qeyd edib ki, xüsusən regionlarda fəaliyyət göstərən tədris mərkəzlərinin bu proqramda daha fəal iştirak etməsi vacibdir və onlar müraciətlərini təqdim etməlidirlər.

Nazirliyin məlumatına görə, hazırda Məşğulluq Agentliyi 30-a yaxın özəl və dövlət kolleci ilə əməkdaşlıq edir. Qısamüddətli peşə hazırlığı 1–3 ay davam edir və aşağıdakı sahələri əhatə edir: kompüter proqramları, estetika və gözəllik xidməti, mühasibatlıq, restoran, otel və mətbəx işi, mühəndislik, evdə qulluq, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş və tərbiyə prosesinin təşkili ixtisaslarıdı.

Bildirilib ki, cari ildə agentlik ölkə üzrə 2 000-ə yaxın vətəndaşa tələbat olan 80-dən çox ixtisas üzrə qısamüddətli kursların xərclərini tam qarşılayıb, onların böyük hissəsi artıq işlə təmin olunub. 2024-cü ildə isə 3 700-ə yaxın işaxtaran bu proqram çərçivəsində yeni peşə bacarıqları əldə edib.

Qısamüddətli peşə kurslarında iştirak etmək istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin ölkə üzrə fəaliyyət göstərən xidmət mərkəzlərinə müraciət etməli, qeydiyyatdan keçməli və istədikləri peşə sahəsini seçməlidirlər.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google