2023-cü ildə Avropa İttifaqının universitetlərində 1,76 milyon
xarici tələbə təhsil alıb ki, bu da ümumi tələbələrin 8,4 faizini
təşkil edir.
Bu məlumat “Eurostat”ın yenilənmiş hesabatında yer alıb.
Hesabata görə, xarici tələbələrin payı ən yüksək olan ölkələr
Lüksemburq (52,3%), Malta (29,6%) və Kipr (22,3%) olub. Ən aşağı
göstəricilər isə Yunanıstan (3%), Xorvatiya (3,7%) və İspaniyada
(4,3%) qeydə
alınıb.
Gürcü tələbələr əsasən hansı ölkələri seçir?
“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Avropa İttifaqının
universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində
ümumilikdə 4 179 gürcü tələbə təhsil alıb. Bunlardan 2 114 nəfəri
bakalavr, 1 727 nəfəri magistr, 338 nəfəri isə doktorantura
səviyyəsindədir.
Hər üç səviyyədə gürcü tələbələr üçün lider ölkə Almaniya olub.
Ümumilikdə, 2023-cü ildə Almaniya universitetlərində 1 936 gürcü
tələbə təhsil alıb.
Ən çox gürcü tələbənin təhsil aldığı ilk beş ölkə belədir:
Bakalavr səviyyəsi:
- Almaniya – 870 tələbə
- Yunanıstan – 166 tələbə
- Fransa – 150 tələbə
- Niderland – 111 tələbə
- Macarıstan – 102 tələbə
Magistr səviyyəsi:
- Almaniya – 845 tələbə
- İtaliya – 138 tələbə
- Fransa – 122 tələbə
- Avstriya – 106 tələbə
- Çexiya – 82 tələbə
Doktorantura səviyyəsi:
- Almaniya – 221 tələbə
- Çexiya – 22 tələbə
- Fransa – 20 tələbə
- İsveçrə – 20 tələbə
- Macarıstan – 14 tələbə
Beləliklə, Almaniya bütün səviyyələrdə gürcü tələbələrin ən çox
seçdiyi təhsil ölkəsi olaraq qalır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.