Boston Dairə Federal Məhkəməsi Harvard Universitetinə dövlət
maliyyəsinin 2.6 milyard dollardan çox kəsilməsini qanunsuz sayıb.
Bu barədə "The Associated Press" məlumat yayıb.
Dairə hakimi Ellison Berrouzun qərarında deyilir ki,
maliyyələşmənin azaldılması qanunsuz addımdır, təhsil ocağının
Donald Tramp administrasiyasının universitetin idarəetmə sistemi və
siyasətində dəyişiklik tələbini yerinə yetirmədiyinə görə
atılıb.
Tramp administrasiyası daha əvvəl Harvard rəhbərliyindən tələb
etmişdi
ki, işə qəbul, tələbə qəbulu, universitetin idarə olunması
sistemində ciddi islahatlar aparsın, maliyyələşmənin bərpa olunması
qarşılığında "müsbət ayrıseçkilik" (positive discrimination) adlı
tənzimləyici tədbirdən imtina etsin.
Universitetin prezidenti Alan Qarber bu tələbləri yerinə
yetirməkdən imtina edib. 2025-ci ilin aprelində Harvard məhkəmədə
iddia qaldırıb, federal maliyyələşmənin dondurulması haqda qərarın
qüvvəyə minməsinin dayandırılmasını istəyib. Universitet bu qərarı
"qanunsuz və hökumətin səlahiyyətlərini aşan" addım adlandırıb.
Təhsil ocağı Tramp administrasiyasını ABŞ Konstitusiyasının birinci
düzəlişini və federal qanunları pozmaqda ittiham edib. Harvard onu
da bildirib ki, dövlət maliyyələşməsinin itirilməsi tibb
sahəsindəki tədqiqatlara, yeni dərmanların hazırlanmasına mənfi
təsir göstərəcək.
Tramp administrasiyası Prinston və Kolumbiya universitetlərinə də
oxşar tələblər irəli sürərək onların maliyyələşməsini
dayandırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.