150 nəfərə qədər Marneulili müəllimə öz bacarıqlarını təsdiqləmək üçün növbəti imkan verilir
Gürcüstan Təhsil Nazirliyinin qərarına əsasən, qeyri-gürcüdilli məktəb və sektorların təcrübəçi müəllimlərinə, eləcə də xüsusi müəllimlərinə öz səlahiyyətlərini təsdiqləmək üçün əlavə imkanlar yaradılıb. Əgər indiyədək Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ildə yalnız bir dəfə müvafiq imtahan keçirirdisə, bu il imtahan ikinci dəfə – noyabr ayında təşkil olunacaq.

Yerli resurs mərkəzinin nümayəndəsi İrma Davadze “Marneuli” radiosuna bildirib ki,
son məlumatlara görə, Marneulidə qeyri-gürcüdilli məktəblərin təxminən 300 müəllimi imtahandan keçə bilməyib. Onun sözlərinə görə, bu rəqəmə artıq öz kompetensiyasını təsdiqləyən və müvafiq arayış almaq üçün resurs mərkəzinə müraciət edən müəllimlər də daxildir. Lakin indiki mərhələdə dəqiq statistika mövcud deyil. Marneulidə qeyri-gürcüdilli sektorun fəaliyyət göstərdiyi 74 ictimai məktəbdə təxminən 150 müəllim hələ fənn imtahanından keçməyib.

“Ümumilikdə 300 müəllim qalmışdı, amma yayda imtahandan keçənlərin çoxu arayış almaq üçün bizə müraciət edir. Bu arayışlara əsasən, bizdə sonradan dəqiq statistika olacaq. Ümid edirəm ki, bu rəqəm yarıya enəcək. Onların imtahandan keçmək üçün yeni şansları var. Növbəti imtahan noyabr ayına təyin olunub və yəqin ki, göstəricilər bir daha yarıya enəcək. Bildiyiniz kimi, kompetensiyanı təsdiqləmək üçün yekun mərhələ 2026-cı ilə planlaşdırılıb”, – deyə İrma Davadze bildirib.

Məktəblərdə müəllimlərin kompetensiyası bir neçə mərhələdə müəyyən edilir. Fənn imtahanından keçməyən müəllim təcrübəçi sayılır. İmtahan zamanı müəllimlər 10 ballıq sistemlə qiymətləndirilir. Tam 10 bal toplayanlara “baş müəllim” statusu verilir. Daha yüksək pillələr isə “aparıcı” və “mentor müəllim” statuslarıdır. Müvafiq olaraq, müəllimlərin kompetensiyası onların maaşlarını da müəyyən edir.

Marneulidə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Onların tərkibində 1500-ə yaxın müəllim “baş müəllim”, 300-ə yaxın müəllim isə “aparıcı” və “mentor müəllim” statusuna malikdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google