Rustavili uşaqlar çirklənmiş oyun meydançalarında oynayırlar – tədqiqat
Çexiyanın “Arnika” qeyri-hökumət təşkilatı və Gürcüstanın “Qaviqudet” vətəndaş hərəkatının apardığı yeni araşdırmaya görə, Gürcüstanın sənaye mərkəzi olan Rustavidə uşaqlar qadağan olunmuş kimyəvi maddələrlə çirklənmiş oyun meydançalarında oynayır. Yerli ailələr isə zəhərli qidalar qəbul edir ki, bu da onları pestisidlərin və sənaye çirkləndiricilərinin təhlükəli təsirinə məruz qoyur.

“Rustavi əhalisi arasında hətta bir yerli yumurtanın istehlakı
orqanizmdə dioksin səviyyəsini o qədər artırır ki, bu, Avropa Qida Təhlükəsizliyi Təşkilatı tərəfindən müəyyən edilmiş gündəlik təhlükəsiz qəbul limitini bir neçə dəfə üstələyir”,
– “Arnika” tədqiqatının aparıcı müəllifi İndrix Petrlik bildirib.

Onun sözlərinə görə, “Məlumatlar həm zəhərli sənaye irsinə, həm də davam edən çirklənməyə işarə edir. Əhali yalnız ona görə əziyyət çəkir ki, çirklənmənin düzgün monitorinqi aparılmır, dövlət köhnəlmiş texnologiyalarla işləyən müəssisələrə zəif nəzarət edir və qadağan olunmuş pestisid DDT hələ də istifadə olunur”.

Tədqiqat tövsiyə edir ki, qadağan olunmuş pestisidlərin istifadəsinə son qoyulsun və çirklənmiş oyun meydançaları – xüsusilə çirklənmiş torpağın dəyişdirilməsi yolu ilə – təmizlənsin. Hakimiyyət orqanları ekoloji və qida təhlükəsizliyi qanunvericiliyini lazımi qaydada yerinə yetirməli, vətəndaşlara yerli yumurta və balığın istehlakı ilə bağlı tövsiyələr verməlidir.

Onlar həmçinin sənaye emissiyaları və tullantılarının mirasının uzunmüddətli monitorinqini təmin etməli, nəzarəti gücləndirməli və ətraf mühitin qorunması üçün zəruri texnologiyalara investisiya qoymalıdırlar. Tədqiqatçılar vurğulayırlar ki, böhranın həlli vətəndaş cəmiyyəti və müstəqil ekspertlərlə əməkdaşlıq, şəffaf məlumat mübadiləsi və yerli icmaların qərar qəbuletmə prosesinə cəlb olunmasını tələb edir. Hökumətin hərəkətsizliyi halında, çirklənmə onilliklər boyu davam edəcək.

Qida məhsullarında olan təhlükəli kimyəvi maddələr:
Rustavidə sərbəst gəzən toyuqların yumurtalarında dioksin miqdarı aşkar edilib. Dioksin və qeyri-dioksinə bənzər PCB-lərin səviyyəsi Avropa İttifaqının qida təhlükəsizliyi standartlarını bir neçə dəfə üstələyib. Belə ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi gündəlik təhlükəsiz normadan 3–4 dəfə çox dioksin qəbul etmək üçün cəmi bir yerli yumurta yemək kifayətdir.

Çirklənmiş oyun meydançaları:
Rustavidə oyun meydançalarının torpağında həddindən artıq yüksək səviyyədə qadağan olunmuş pestisidlər (DDT) və sənaye kimyəvi maddələri (PCB) aşkar edilib. Bu göstəricilər bəzi hallarda müqayisə olunan fon səviyyəsindən müvafiq olaraq 3 500 dəfə və 180 dəfə yüksək olub. Sink və kadmiumun konsentrasiyası da uşaq qumu üçün Çexiyanın gigiyena standartlarını üstələyib.

Yaşayış yerlərində zəhərli toz və torpaq:
Sənaye zonasının yaxınlığında toplanan küçə tozunun tərkibində ağır metallar – o cümlədən qurğuşun və kadmium – aşkar edilib. Onların konsentrasiyası təmiz ərazilərdə qeydə alınan səviyyədən 20–25 dəfə yüksək olub. Xrom və sink səviyyələri isə bu tip beynəlxalq tədqiqatlarda indiyə qədər qeydə alınan ən yüksək göstəricilər arasındadır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google