Sentyabrın 25-də qeyri-gürcüdilli məktəblərin təcrübəçi müəllimləri üçün imtahana qeydiyyat başlayır
Qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi və xüsusi müəllimləri üçün kompetensiyanı təsdiqləmə imtahanlarına qeydiyyat sentyabrın 25-də, saat 10:00-da başlayacaq və oktyabrın 8-də, saat 18:00-da başa çatacaq. Qeydiyyat yalnız Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge qeydiyyat səhifəsində elektron şəkildə mümkündür.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatına görə, xüsusi imtahan mühiti tələb edənlər qeydiyyat zamanı “xüsusi şərtlər” bölməsini seçməli və müvafiq sağlamlıq haqqında
arayışı (Forma N100) oktyabrın 8-i saat 18:00-dək Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə, yaxud regionlar üzrə yerli tədris resurs mərkəzinə təqdim etməlidirlər.

“Təhsil, Elm və Gənclər Nazirliyinin qərarı ilə qeyri-gürcüdilli sektorda fəaliyyət göstərən təcrübəçi müəllimlərə baş müəllim statusu almaq üçün əlavə olaraq öz fənn kompetensiyalarını təsdiq etmək imkanı verilib. Milli Qiymətləndirmə və İmtahan Mərkəzi bu ilin noyabr ayında xüsusi təcrübəçi müəllimlər və təcrübəçi müəllimlər üçün imtahanlar keçirəcək. Mərkəz məsləhət xarakterli görüşlər keçirməyi də planlaşdırır. Ətraflı məlumat və görüşlə bağlı keçid Mərkəzin rəsmi səhifəsində yerləşdiriləcək”.

Məktəblərdə müəllimlərin kompetensiyası bir neçə mərhələdə müəyyən edilir. Təcrübəçi müəllim fənn imtahanından keçməyən müəllim hesab olunur. Müəllimlər imtahan zamanı 10 ballıq sistemlə qiymətləndirilirlər. Tam 10 bal topladıqları halda onlara “baş müəllim” statusu verilir. Daha yüksək pillələr “aparıcı” və “mentor müəllim” statuslarıdır. Müvafiq olaraq, onların səlahiyyətləri və maaşları da bu statuslara uyğun müəyyən edilir.

Marneulidə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Onlardan 1500-ə yaxın müəllim “baş müəllim”, 300-ə yaxın müəllim isə “aparıcı” və “mentor” statusuna malikdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google