Marneulidə 8 uşaq bağçasının təmirə ehtiyacı var – Meriya smeta sənədləri üçün tender elan edib
Marneuli meriyası ərazidə fəaliyyət göstərən 8 uşaq bağçasının bərpası üçün tələb olunan smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Tender təklifinə əsasən, bəzi bağçalarda yeni bina tikintisinə, uşaq meydançalarının yaradılmasına, yanğın təhlükəsizliyi infrastrukturunun qurulmasına və digər işlərə ehtiyac var.

Meriya tərəfindən elan edilən tenderə əsasən, aşağıdakı uşaq bağçalarının bərpa və yenidənqurmaya ehtiyacı var:
  1. Marneuli şəhəri 4 saylı uşaq bağçası – bütün zəruri təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam bərpa və yeni bina tikintisi tələb olunur.
  2. Kəpənəkçi kənd uşaq bağçası – bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam bərpa və həyətdə uşaq meydançalarının yaradılması tələb olunur.
  3. Şaumyan kənd uşaq bağçası – tam bərpa, mövcud hasarın bərpası və həyətdə uşaq meydançalarının təşkili tələb olunur.
  4. Şaumyan kənd yeni qəsəbə uşaq bağçası – bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla tam bərpa və həyətdə uşaq meydançalarının yaradılması tələb olunur.
  5. Xixani kənd uşaq bağçası – tam bərpa, həyətdə uşaq meydançalarının yaradılması və kanalizasiya quyusunun tikilməsi tələb olunur.
  6. Qızılhacılı kənd uşaq bağçası – yanğın təhlükəsizliyi qaydalarına uyğun infrastrukturun layihələndirilməsi tələb olunur.
  7. Sadaxlı kənd uşaq bağçası – yanğın təhlükəsizliyi qaydalarına uyğun infrastrukturun layihələndirilməsi tələb olunur.
  8. Dəmyə kənd uşaq bağçası – yanğın təhlükəsizliyi qaydalarına uyğun infrastrukturun layihələndirilməsi tələb olunur.
Marneuli meriyası sentyabrın 23-də uşaq bağçalarının bərpası və yanğın təhlükəsizliyi infrastrukturunun qurulması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini oktyabrın 3-dən 6-dək təqdim edə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
4415&text&type=phone_number&app_absent=0" target="_blank">+995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google