Marneuli etnik və dil müxtəlifliyinin gündəlik həyatı müəyyən
etdiyi, Gürcüstanın çoxmillətli bələdiyyələrindən biridir.
Xüsusilə evdə gürcü dilində danışılmayan ailələrdə dövlət dilini
öyrənmək uşaqlar üçün çox vaxt çətin olur. Bir neçə aydır ki,
Avropa İttifaqının dəstəyi ilə Qızılhacılı kəndində ilk həftəsonu
məktəbi açılıb. Məktəb uşaqların dil biliklərini, erkən inkişafını
və sosial inteqrasiyasını təşviq edir.

Layihə “Bərabərlik üçün
bərabər imkanlar” təşkilatı tərəfindən
“Uşaq, Ailə, Cəmiyyət” təşkilatı ilə birgə həyata keçirilir.
Layihə, CENN-in dəstəyi ilə Kvemo Kartli və Samtsxe-Cavaxetidə icra
olunan “İnklüziv və Yaşıl Post-Covid Bərpası üçün Vətəndaş
Cəmiyyətinin Gücləndirilməsi” proqramı çərçivəsində Avropa İttifaqı
tərəfindən maliyyələşdirilir.
Həftəsonu məktəbi layihəsinin rəhbəri Fidan Əsgərova qeyd edir ki,
bu məkan yalnız uşaqların gürcü dilini öyrənməsi üçün deyil. Onlar
ikidilli fəaliyyətlərdə iştirak edir, yeni bacarıqlar əldə edir,
erkən inkişaflarını artırır və valideynlər də prosesdə fəal iştirak
edirlər.
“Uşaq bağçalarında da ikidilli yanaşmalar mövcuddur,
amma fərqimiz ondadır ki, mütəxəssislər bir-biri ilə əməkdaşlıq
edirlər. Yəni gürcü, erməni və azərbaycan dili müəllimləri birgə
plan hazırlayır və tədris dövründə nəzərdə tutulan iki saatlıq
prosesi birlikdə həyata keçirirlər. Fəaliyyətlərə həm mobil, həm də
stolüstü oyunlar daxildir. Məsələn, gürcü dili müəllimi bir qrupla,
azərbaycan dili müəllimi digər qrupla işləyir. Mövzu eynidir, lakin
biz bu layihə çərçivəsində mövcud metodologiyanı uyğunlaşdırmışıq.
Buna görə də uşaqlar söz və cümlələr öyrənirlər. Hazırda 20
şagirdimiz var. Benefisiarlarımız əsasən 5-6 yaşlı, zərurət olduqda
isə 7 yaşlı uşaqlardır. Həftəsonu məktəbinin məqsədi yalnız dil
öyrətmək deyil. Uşaqlara daha sonra məktəbdə faydalı olacaq
bacarıqlar öyrədilir. Biz bu layihə çərçivəsində məktəbəqədər
təhsilə də diqqət yetiririk. Valideynlər övladlarının akademik
bacarıqlarını, fəaliyyət planını, maraqlandırma üsullarını və
uşaqları cihazlardan necə uzaqlaşdırmağı öyrənə
bilərlər”, – deyə Fidan Əsgərova bildirir.

Marneulidə yaşayan valideyn Jalə Rüstəmova övladını həftəsonu
məktəbinə yazdırıb. Onun fikrincə, bu məktəb uşaqların dil
öyrənməsi, bacarıqlarını inkişaf etdirməsi və məktəbə hazırlaşması
üçün vacib məkanlardan biridir.
“Marneulidə getdiyimiz ilk məkandır. Uşağımın gürcü
dilini yaxşı öyrənməsi çox vacibdir. Evdə tapşırıqlarını yerinə
yetirir, özü oxuyur və belə yerlərin olması çox önəmlidir. Çox
bəyənirəm, çünki burada övladıma gündə iki saat vaxt ayırırlar.
Əsas məqsəd isə odur ki, uşaqlar gürcü dilini yaxşı
öyrənsinlər”, – Jalə Rüstəmova deyir.

CENN – ətraf mühitin mühafizəsi təşkilatı illərdir Kvemo Kartli
bölgəsində, o cümlədən Marneulidə sosial sahədə fəaliyyət göstərir.
Təşkilat Avropa İttifaqının dəstəyi ilə həftəsonu məktəbini
maliyyələşdirib. Nəticədə məktəb lazımi təhsil resurslarına malik
olub, müəllimlər təlim vasitəsilə ixtisaslarını artırmaq imkanı
əldə ediblər və ərazidə açıq tədris məkanı yaradılıb.

CENN-in layihə meneceri Nino Tevzadzenin sözlərinə görə, 2022-ci
ildən həyata keçirilən layihə çərçivəsində Kvemo Kartli və
Samtsxe-Cavaxetidə 20-yə yaxın kiçik qrant ayrılıb.
“Əsasən bu layihələr sosial xidmətlərin keyfiyyətinin
və əlçatanlığının yaxşılaşdırılmasına yönəlib. Yerli əhali ilə
aparılan məsləhətləşmələr və ekspert araşdırmaları göstərdi ki, bir
tərəfdən xidmətlər mövcuddur, lakin əhalinin, xüsusən də etnik
azlıqların nümayəndələrinin onlar haqqında məlumatı azdır. Digər
tərəfdən isə yerli səviyyədə qurulmuş xidmətlərə ehtiyac var.
Marneuli bələdiyyəsində Avropa İttifaqının dəstəyi ilə yaradılan
həftəsonu məktəbi məhz bu məqsədə xidmət edir. Burada 6-7 yaşlı
uşaqlar gürcü dilini ikinci dil kimi öyrənir və məktəbə hazırlıq
imkanı qazanırlar”, – Nino Tevzadze bildirib.
Hazırda Marneulinin Qızılhacılı kəndində ilk ikidilli həftəsonu
məktəbi fəaliyyət göstərir. Tədris prosesində iştirak etmək istəyən
hər kəs, təhsilinin istənilən mərhələsində bu layihəyə qoşula
bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.