Algetidə kənd yığıncağında meriyanın mütəxəssisi yoldan keçənlərdən imza toplayırmış
17:24 / 28.01.2020
Marneuli
bələdiyyəsinin Algeti kəndində “ümumi kənd yığıncağı”nda bayır
işıqlandırmasının qurulması və parkın düzəldilməsinə “qərar
verilib”.Kəndə getdikdə
“Marneuli” radiosunun “jurnalisti” və Xalq Müdafiəçisi aparatının
nümayəndəsi, bir də qeydiyyat formasını dolduran Marneuli
meriyasının iki qadın nümayəndəsini hesab etməsək, mərkəzdə yalnız
kişilərlə qarşılaşdıq. Kəndə gedəndə meriya nümayəndələri etiraf
edirdilər ki, qadınlar toplantılarda iştirak etmirlər, ancaq
təxminən 15 toplantıda iştirak ediblər.
Biz isə onları ona görə görmədik ki, yerli özünüidarəetmə
nümayəndəliyi kənd toplantısını beş dəqiqə əvvəl başlayıb və
"Marneuli" radiosu gedənə qədər onlar artıq getmişdilər.
“10 yaxud 15 qadın gəlmişdi, onlardan 6 nəfəri isə
müəllimdir, evdən çıxmırlar, siz ki, yaxşı bilirsiniz. İştirak
etməlidirlər, yaxşıdır, amma gəlmirlər”, - Marneuli
meriyasının əməkdaşı deyir.
Algetidə olduğumuz saat yarım vaxt ərzində isə kənd toplantısına
heç bir qadın gəlmədi. Bu vəziyyətdən əlavə toplantıda bu gün
Algeti kəndinin mütəxəssisi fərqlənirdi, əhalini özünəməxsus
metodlarla toplamağa çalışırdı, oradan keçənləri saxlayırdı və
xahiş edirdi ki, imza atsınlar. Bizdə elə təssürat qaldı ki, oraya
gedən əhalinin istəkləri və özünüidarə tərəfindən səsləndirilən
məlumat bir-birinə uyğun gəlmir.
Demək olar ki, yerlilər 1 nömrəli problem olara suyu qeyd edirlər,
ancaq bilmirlər ki, meriya onların kəndin artıq bu problemi həll
etməyi planlaşdırır və tender də elan ediblər.
Bu gün, 28 yanvar tarixində Algeti kəndində 203 imza
toplandı. Toplantını keçirmək üçün isə 200 imza lazım idi. Algeti
əhalisinə 20 000 lari ayrılıb, meriyanın maliyyə dəstəyi də ola
bilər.
Əhali ilə görüşlər iki həftə ərzində davam edəcək. Yerli
özünüidarəetmə şəxsləri Marneulinin 69 kəndinə gedəcəklər və
yerlilərin problemlərini araşdıracaqlar.
Ümumi kənd toplantıları Gürcüstanın regionlarında həyata
keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı çərçivəsində
maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədi ilə keçirilir.
Marneuli bələdiyyəsindən izah edirlər ki, kənd yığıncaqları ötən il
olduğu kimi, dəyişməz formada keçirilir.
Bütün Marneuli miqyasında fonddan bir milyon laridən artıq məbləğ
ayrılıb və 69 kəndə ayrılacaq. Hər kəndə əhalinin sayına görə, 10
000, 12 000, 16 000 və 20 000 lari ayrıla bilər.