İspaniyanın Valensiya şəhərində yaşayış binasında baş vermiş
yanğın nəticəsində azı dörd nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə
Əlaqələndirmə Mərkəzinin direktor müavini Xorxe Suaresin sosial
şəbəkədə yayımlanmış açıqlamasında bildirilib.
“Dörd nəfərin ölümü təsdiqlənib. Binanın
xarakteristikası daxilində söndürmə işləri aparmağa imkan vermir.
Fasad soyumağa davam edir. Yanğınsöndürənlərin binaya nə vaxt
təhlükəsiz şəkildə girə biləcəyi bəlli deyil”, – o
deyib.
Eyni zamanda, “El Pais”ə görə, hadisədə azı 14 nəfər yaralanıb, 19
nəfər isə itkin düşüb. Məlumata görə, yanğın 14-cü mərtəbədə çıxıb.
Yanğının bütün binanı əhatə etməsi cəmi yarım saat çəkib.