7 fevral tarixində və 14 mart tarixində “Marneuli” Radiosunu efrində
xəbər vermişdik
ki, Tsereteli-Mirzoevka-Böyük Muğanlı-Kosalı magistral yolun
yenidən qurulmasından sonra yol boyu, yol nişanları və su kanlının
keçdiyi ərazilərdə qoruyucu baryerlər qurlaşdırılmışdı. 2017-ci
ildə isə həmin qoruyucu baryerlər və dirəklər sökülərək oğurlanıb.
Hadisə yolun 5 və 6 km-liyində kəndlərin əkin sahəsinin suvarılması
üçün su kanalı keçən ərazidə qeydə alınmışdır. Məhz bu magistral
yol Marneuli ilə yeddi kəndi birləşdirən yeganə əsas yoldu.
Həmin vaxt biz məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Yol
Departamentinə məlumat verdik. İctimaiyyətlə əlaqələr şöbəsinin
nümayəndəsi məlumatı yerli nəzarət xidmətinə çatdıracaqlar. Əgər
nəzarət xidməti məlumatı təsdiqləsə, patrul xidmətinə məlumat
veriləcək, departament isə bərpa işlərinə yaxın gələcəkdə
başlayacaq bunu Nəqliyyat Yol Departamentin nümayəndəsi
bildirdi.
11 aprel tarixindən isə Nəqliyyat Yol Departamentinin işçilər həmin
ərazidə çalışmağa başlayaraq oğurlanan baryerləri yenisi ilə əvəz
edərək bərpa edirlər. Hal-hazırda bu gündə həmin ərazidə Nəqliyyat
Yol Departamentin işçiləri çalışmaları davam edir.
Xatırladaq ki, həmin yol 2015-ci ildə yenidən qurularaq əhalinin
istifadəsinə verilmişdir. Magistral yolun yenidən qurulmasına
2015-ci ildə dövlət büdcəsindən 7 milyon 750 min lari ayrılıb.