Polis Batumidə turistlərdən qrup şəklində pul qəsb etmə ittihamı ilə 5 nəfəri saxlayıb
11:37 / 08.04.2019
DİN-in Acara Polis Departamentinin Batumi
Şəhər İdarəsinin əməkdaşları intensiv əməliyyat istintaq tədbirləri
nəticəsində,hakimin hökmü əsasında qrup şəklində
törədilmiş qəsb etmə ittihamı ilə 1989-cu il təvəllüdlü D.D. və
1990-cı il təvəllüdlü O.S., eləcə də keçmişdə müxtəlif cinayətlərdə
mühakimə edilmiş 3 şəxs: 1984-cü il təvəllüdlü R.B., 1988-ci il
təvəllüdlü Z.O. və 1994-cü il təvəllüdlü İ.Q.-nı saxlayıb.
İPN-ə DİN-dən verilən məlumata görə istintaqla müəyyən edilib ki,
saxlanılanlar müxtəlif vaxtlarda Batumidə yerləşən iki klubda,
öldürmək və sağlamlığa zərər yetirmək hədəsi ilə xarici ölkə
vətəndaşlarından davamlı olaraq olmayan menyunun pulunu tələb
edirlərmiş və müvafiq olaraq böyük məbləğ mənimsəyirlərmiş.
Müttəhimlər cəmi 8 nəfər turistdən 2100 avro, 5123 lari və 10 800
türk lirəsi qəsb ediblər.
İstintaq qrup şəklində törədilmiş faktla bağlı Gürcüstan CM-nin
181-ci maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə aparılır.
Cinayət 4-dən 7 ilə qədər müddətə azadlıqdan məhrum edilməni
nəzərdə tutur.