Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb
14 aprel tarixində Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı iki avtomobil toqquşub. DİN-dən “Marneuli” radiosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə avtomobilin, tramvayın, trolleybusun, traktor və ya başqa mexaniki nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa qismən ağır zərər vurmanı nəzərdə tutur.

Qeyd olunan inzibati qayda pozuntusu cərimə və ya üç ilə qədər azadlıqdan məhrum edilmə, yaxud həmin müddətə vəzifə və çalışmaq hüququndan məhrum edilməklə cəzalandırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google