Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında
uzunmüddətli toqquşmaya son qoysaq
və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlarda
reallığa çevrilə bilər.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA
Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
mövzusunda beynəlxalq forumda Gürcüstan nümayəndəsinin sualına
cavabında söyləyib.
Dövlət başçısı diqqətə çatdırıb:
“Cənubi Qafqaz
ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz
sahələri də artıq bilirik. Siz elektrik enerji sahəsini və üç
ölkənin potensialını qeyd etdiniz. Bəli, bu düzdür. Biz buraya
Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı
da əlavə etsək görəcəyik ki, bunun faydası
ikitərəflidir”.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.