Paytaxtda yerləşən 6 küçəyə 9 aprel faciəsi zamanı həlak olan 6 qadının adı veriləcək
15:50 / 09.04.2019
Paytaxtda yerləşən 6 küçəyə 9 aprel faciəsi
zamanı həlak olan 6 qadının adı veriləcək.
Məsələ ilə bağlı Tbilisi Bələdiyyə Məclisinin Ad qoyma və Simvollar
üzrə Komissiyası bu gün saat 10:00-da Dimitri Ğipiani adına zalda
ictimai müzakirə aparacaq.
Küçələrə Manana Loladze, Tamuna Dolidze, Tina Enukidze, Mzia
Cincaradze, Tamar Mamulaşvili və Eliso Cipaşvilinin adları
veriləcək. Küçələrin hamısı Çuğureti rayonunda yerləşir.
Bələdiyyə məclisinin məlumatına görə müzakirədə həlak olanların
ailə üzvləri, bələdiyyə məclisi deputatlar, 9 aprel cəmiyyətinin
nümayəndələri və başqa maraqlanan şəxslər iştirak edəcəklər.
Onların məlumatına görə ictimai müzakirə başa çatdıqdan sonra
bələdiyyə məclisinin sədri iştirakçılarla bərabər 9 aprel
memorialını ziyarət edəcək.