Xəbərlər
Norqiuli sakinlərinin su ilə təmin olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq

Norqiuli kəndində yaşayan bir neçə ailəyə 2 həftədən artıqdır ki, içməli su verilmir.


Sakinlərin “Marneuli” radiosuna bildirdiklərinə görə, içməli su borusu dağılıb, buna görə də sakinlərin bir qismi susuz qalıb.

"İki həftədir ki, su yoxdur. Ondan əlavə gediblər ərizə yazıblar. Deyiblər baxacağıq. Amma baxılmayıb. Ondan sonra Tiblisiyə yazıblar. Bilmirəm hara yazıblar. Onların hamısı bilir. Orada haradasa 3-4 ailəyə su çatmır. Qonşudan, qonşu kəndən su daşıyırlar. Gör hansı dövrdə yaşıyırıq" - Günay Yetirmişli dedi.

Norqiuli kəndini su ilə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti təmin edir. Şirkətdən verilən məlumata görə, qeyd olunan problemlə bağlı məlumatları var.

“Biz getmişdik, sakinlərlə görüşdük və onlar bildirdilər ki, su borusu yolun digər tərəfindədir və buna görə də asfalt örtüyünü qazmaq lazımdır. Bunun üçün isə biz icazə almalıyıq ki, buna da müəyyən vaxt lazımdır”, – Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən bildirdilər.

Şirkətdən onu da bildirirlər ki, içməli su borusunu yaxın günlərdə təmir edəcəklər və susuz qalmış Norqiuli sakinlərinin su ilə təmin olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq.


 

FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli bazar ərazisində fəaliyyət göstərən
ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin
söküntüsünə və yeni obyektin tikintisinə etiraz
edirlər.
Marneuli bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin söküntüsünə və yeni obyektin tikintisinə etiraz edirlər.
Marneuli Meriyası 26 may küçəsində səkilərin
qurulması və Ədliyyə Evinin ətraf ərazisində yenidənqurma işləri
üçün 26 415 larilik tender elan edib.
Marneuli Meriyası 26 may küçəsində səkilərin qurulması və Ədliyyə Evinin ətraf ərazisində yenidənqurma işləri üçün 26 415 larilik tender elan edib.
Marneulidə ilan vurması ilə bağlı bir fakt
qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin
rəhbəri Eter Laperadze verib.

Marneulidə ilan vurması ilə bağlı bir fakt qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze verib.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə
“Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması
faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni
saxlayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə “Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni saxlayıb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış
evinin eyvanı və damı çöküb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış evinin eyvanı və damı çöküb.
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi
iş proqramının 2-ci mərhələsini davam etdirir
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi iş proqramının 2-ci mərhələsini davam etdirir
DİN
övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla
cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
DİN övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty
İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları
Birliyi)
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları Birliyi)