Xəbərlər
Knyazın yeni ürəklə bir ili
Knyaz Əliyev Qardabani sakinidir. O, 2018-ci ildə ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər ona təcili ürək köçürülməsinə ehtiyac olduğunu bildirirdilər. Belə əməliyyatın Gürcüstanda mümkün olmamasına görə Knyaz Belarusun Minsk şəhərinə getməli idi.
Onun ailəsinin imkanlarının olmaması xarici ölkədə bahalı əməliyyatın həyata keçirilməsinə mane olurdu. Knyazın dostları və qohumları onun vəziyyətinə biganə qalmayaraq sosial şəbəkə üzərindən xalqa müraciət etdilər.

Beləliklə onun əməliyyat olunması üçün gənclər tərəfindən yardım aksiyaları keçirildi. Yaşından və peşəsindən asılı olmayaraq, tanınmış siyasətçilər də daxil olmaqla, hər kəs onu həyata qaytarmaq üçün həmrəy oldu. Lazımi məbləğin yığılması ilə Knyaz Əliyev 19 fevral tarixində əməliyyat olundu.

Artıq Knyaz Əliyevin əməliyyatından 1 il keçib. İndi o, bədənində yeni ürək daşıyır. Knyazı tanıyanlar ondan xəbərsiz qalmışdılar, onun səhhətinin yaxşı olub-olmaması hər kəsə maraqlı idi. “Marneuli” radiosuna müsahibə verən Knyaz əməliyyatdan sonra səhhəti barədə ətraflı şəkildə danışdı.

Şükür Allaha yaxşıyam, hər şey yaxşıdır, əməliyyatdan sonra daha yaxşı oldum. Həkimlərlə danışdıqdan sonra həkim razılıq vermədi çünki, televizor qarşısında, heç bir verilişə çıxmadığıma görə stress, həyəcan olmazdı. Çox sağolsun millətimiz, hər kəs köməkdarlıq etdi, əlindən gələni etdi. Mənə çölə çıxmaq, insanlarla ünsiyyətə keçmək olmazdı qışı demək olar ki, mən evdə keçirmişəm. Çölə çıxmaq olmazdı, xəstəxanaya gedəndə maska ilə gedirdim. Əməliyyatdan öncə içində bir hiss doğur, hiss edirsən ki, yaşayacaqsan. Mən heç ümidsizliyə qapılmadım, heç ümidimi itirmədim 10 günün içində baş verdi hər şey yaxşı oldu şükür Allaha. Əməliyyatdan sonra dünya malına çox bağlanmamağı öyrəndim, hər an hər şey ola bilər - Knyaz Əliyev deyir

Knyaz 1 il əvvəli xatırladı. Onun sözlərinə görə, əməliyyatdan əvvəl bir gün belə olsun həyata olan ümidini itirməyib. O, indi özünü yaxşı hiss edir və hər ay davamlı şəkildə həkim müayinəsindən keçir. O, bildirdi ki, əməliyyat olunmasında ən böyük mənəvi dəstəkçisi anası olub.

Knyaz onu da qeyd etdi ki, həyatda olmasının əsas səbəbkarı onun xalqıdır. O, səhhəti ilə bağlı hamını məlumatsız qoymasının səbəbi haqqında da danışdı və bildirdi ki, ona həyəcanlanmaq olmaz, həkimlər ona canlı efirlərə çıxmağa qadağa qoyub. Belə olduğu halda heç kimə səhhəti ilə bağlı məlumat verə bilməyib.

"Marneuli" Radiosu

Müəlliflər: Pərvin Hacıyeva

Amil Məmmədov
თეგები: Marneulifm Marneuli Knyaz Əliyev
FaceBook Twitter Google
მსგავსი სიახლეები
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 25 avqust tarixində saat 09:00-dan 12:00-a kimi Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.
Köçəri quşların ovlanması mövsümü bu il bir
həftə gec, avqustun dördüncü şənbə günü, 24 avqustda açılır. Ətraf
Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qeyd olunan qərarı
köçəri quşların qorunması üçün verib.
Köçəri quşların ovlanması mövsümü bu il bir həftə gec, avqustun dördüncü şənbə günü, 24 avqustda açılır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qeyd olunan qərarı köçəri quşların qorunması üçün verib.
Dövlətin tam maliyyələşdirəcəyi fakültələrin
siyahısı yayımlanıb. Söhbət dövlətin 2014-cü ildən
maliyyələşdirdiyi fakültələrdən gedir.
Dövlətin tam maliyyələşdirəcəyi fakültələrin siyahısı yayımlanıb. Söhbət dövlətin 2014-cü ildən maliyyələşdirdiyi fakültələrdən gedir.
Milli Ərzaq Agentliyinin tərəfindən istehsalı
dayandırılan “Marneuli” ərzaq zavodunun qırmızı “Tkemali”
nümunələri bugün Almaniyanın Frezenyus İnstitutunun
laboratoriyasına (SGS Institut Fresenius) göndərib.
Milli Ərzaq Agentliyinin tərəfindən istehsalı dayandırılan “Marneuli” ərzaq zavodunun qırmızı “Tkemali” nümunələri bugün Almaniyanın Frezenyus İnstitutunun laboratoriyasına (SGS Institut Fresenius) göndərib.
Sinoptiklərin proqnozuna görə,
yaxın günlərdə Şərgi Gürcüstanda havanın temperaturu 35 dərəcədən
artıq olacaq, – bu barədə məlumatı Ətraf Mühitin
Milli Agentliyindən deyiblər.
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərgi Gürcüstanda havanın temperaturu 35 dərəcədən artıq olacaq, – bu barədə məlumatı Ətraf Mühitin Milli Agentliyindən deyiblər.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın
oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın oğurlanmasında şübhəli bilinən 3 nəfəri
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq
istəyənlər üçün avqustun sonunda müsabiqə elan
edəcək.
Gürcüstan Təhsil Nazirliyi müəllim olmaq istəyənlər üçün avqustun sonunda müsabiqə elan edəcək.
Tbilisinin David
Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi
baş verib.
Tbilisinin David Ağmaşenebeli dərəsinin 9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.