Qırmızı lentlərə söylənmiş arzular - Marneulidə "çinar" ənənəsi
13:47 / 22.03.2019
Candar kəndində bu gün əhali çoxluğu hiss olunur. Başqa günlərdə bu
kəndə getmək üçün Marneulidən 10 dəqiqə lazımdırsa bu gün ola
bilsin sizə yarım saat lazım olsun. Hamı bir istiqamətə “çinara”
dilək tutmaq üçün gedir.
Qırmızı lentli ağacı görənə qədər məsafə keçməli olacaqsınız və
orada ticarətçilər bir çox piştaxta qoyublar. Demək olar ki, bu gün
onların bəxti gətirib. Hədiyyələr, şirniyyatlar və əldə hazırlanan
əşyalara növbə durur. Qədim inanca görə həmin yerdən əli boş
qayıtmaq olmaz.
İnsanlar dilək tutmaq, düşünmək üçün qırmızı lentlər alırlar və
ağacın budağına bağlayırlar. Kimin diləyi artıq yerinə yetibsə
onlar xalq musiqisi sədaları altında rəqs edirlər.
Əhali bizimlə adətlər haqqında danışır.
Yerlilərdən başqa gələn qonaqları da görə bilərsiniz. Onlar bu günə
inanırlar və dilək tutmaq onlara ümid verir. Ənənəvi rəqslər və
müxtəlif musiqilər burada axşama qədər davam edir.
Çinarə getmək hər hansısa dini bayramla əlaqədar deyil. Əfsanəyə
görə məsələn, burada leylək uçardısa və yuvaya buğda gətirərdisə
həmin il əhalinin bərəkətli məhsulu olardı.