Qoz ağaclarının kəsilməsi faktını ekspertlər araşdırmağa başlayıb

Sabirkənddə vətəndaşın ağaclarının kəsilməsi faktı ilə əlaqədar olaraq polis və ekspertlər hadisə yerində olublar. Onlar ekspertiza işləri aparıb və əl izləri götürüblər.

Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü dedi.

Onun sözlərinə görə, o 20 mart tarixində Marneuli prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Bu gün isə prokurorluqdan ona cavab məktubu gəlib. Məktubda deyilir ki, hadisə araşdırılır və tez bir zamanda ona zərər vuran şəxsin saxlanılması istiqamətində işlər aparılır.

Cinayət Məcəlləsinin ağac və kolların qanunsuz olaraq kəsilməsini nəzərdə tutan 303-cü maddəsi ilə istintaq aparılır.

Xatırladaq ki, Sabirkənddə 30 ədəd bar verən qoz ağacı kəsilib. Hadisə ötən həftənin cümə axşamı-cümə günləri baş verib.

İlk gün zərərçəkən Elnur Məsimovun 18 ağacını, sonrakı gün isə 12 ağacını kəsiblər. O, deyir ki, on ildən artıqdır onlar öz şəxsi torpaq sahələrində 50-dək qoz ağacı əkiblər. Ötən ildən isə onlar həmin ağaclardan məhsul götürməyə başlayıblar.

Məsimov deyir ki, onun heç kimlə problemi olmayıb və şübhələndiyi insan da yoxdur. O, indi istəyir ki, ona zərə vuranlar tapılsın və qanun çərçivəsində öz cəzalarını çəksinlər.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები