Sandro Euli küçəsində bir gənci yaralayıblar
Tbilisidə, Sandro Euli küçəsində, “Strada” restoranı yaxınlığında atışma olub. Şahidəlrin bildirdiyinə görə, bir nəfər gəncə tapançadan atəş açıblar.

“Milli Hərəkat”ın üzvü Nika Ruruanın “Facebook” sosial şəbəkəsində yazdığına görə, o, baş vermiş hadisənin şahidi olub. Onun dediyinə görə, gəncə avtodayanacaq tərəfdən atəş açıblar.

“İndicə, təxminən yarım saat əvvəl “Strada” restoranında qəhvə içərkən daha bir hadisəyə şahidlik etdim – eyni eyvanda, qonşu masada əyləşmiş gəncə kimsə (və ya kimlərsə) oradakı avtodayanacaqların birinin ərazisindən atəş açdı – şəhərin ortasında, gündüz vaxtı.

Minimum bir gənc yaralandı. 6-7 dəfə açılan atəş nəticəsində insanlarla dolu eyvanda xoşbəxtlikdən digər insanlara bir şey olmadı. “Azad nəfəs”in 7-ci ildönümüdür və kabusa çevrilmiş “arzu” xaosu başa çatmalıdır” – Nika Rurua yazıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ərazi polis lenti ilə hasara alınıb və istintaq tədbirləri davam edir. Daxili İşlər nazirliyinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Həmin maddə odlu silahın qeyri-qanuni şəkildəə əldə olunması-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.

Mənbə: İnterPressNews

Print