4-cü mərtəbədən yıxılan 16 yaşlı qız klinikada dünyasını dəyişib (VİDEO)
12:28 / 15.04.2019
Ötən gün yaşayış
binasının 4-cü mərtəbəsindən yıxılan 16 yaşlı qız “Rustavi”
klinikasında dünyasını dəyişib. Hadisə Rustavidə, 20-ci mikrorayondakı
çoxmərtəbəli evlərdən birində gecə saatlarında baş verib.
Yaralanmış qızı təcili yardım briqadası ağır vəziyyətdə klinikaya
aparıb. Klinikadan “Interpressnews”a verilən məlumata görə, ona
lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün
olmayıb.
DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin 115-ci maddəsi
ilə istintaq aparılır. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı
nəzərdə tutur.