Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, mart və
aprel ayları Ukrayna üçün çətin aylar olacaq.
O, həmçinin qeyd edib ki, Rusiya mayın sonunda və ya yayın
əvvəlində əks-hücum planlaşdırır. O, bu barədə xüsusi mətbuat
konfransında danışıb.
"Yaxın aylarda işimiz çətin olacaq. Çünki ABŞ-da bəzi dövlətlərə
təsir edən dalğalanmalar var. Bununla belə, Avropa İttifaqı müvafiq
köməkliyi ilə liderlik qabiliyyətini göstərdi.
Mart və aprel aylarında çətin günlər keçirəcəyik. Biz müxtəlif
dalğalar dövründən keçəcəyik: siyasi, maliyyə və digər
təzyiqlər.
Rusiya bacararsa, yayın əvvəlinə və ya mayın sonuna qədər əks-hücum
hazırlayacaq”, - deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, onlar əks hücuma hazırlaşıb
ruslara qarşı döyüşəcək, öz planlarını hazırlayacaqlar.
Zelenskinin sözlərinə görə, “dönüş nöqtəsi ABŞ-dakı seçkilər
olacaq”, bundan sonra onlar “bundan sonra nə olacağını” anlaya
biləcəklər.
Bundan əlavə, Zelenski daha çox Patriot zenit sistemlərinin daha
yaxşı nəticə verəcəyini vurğulayıb.