Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer X (keçmiş Twitter)
Tbilisidə "agentlər qanunu"na qarşı etirazlara
və aprelin 30-a keçən gecə mitinqin yatırılmasına münasibət
bildirib.
"Zorakılığa son qoyulmalıdır. Bu, heç vaxt həll yolu
deyil. Almaniya və Avropa İttifaqı bu hadisələri diqqətlə izləyir
və qiymətləndirir. Biz Gürcüstanın sülh, azadlıq və inkişaf yolunda
tərəfdaşları və dostlarıyıq", - Peter Fişer
yazıb.
Gürcüstan parlamentinin
əksəriyyəti aprelin 17-də “Agentlər
haqqında qanun”u (xarici təsirin şəffaflığı haqqında qanun
layihəsini) birinci oxunuşda qəbul edib. Qanun layihəsinin geri
götürülməsi tələbi ilə minlərlə etiraz aksiyasına baxmayaraq,
aprelin 30-da parlament plenar iclasda layihəyə ikinci oxunuşda
baxılmağa başladı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.