Saimerlo kəndində suvarma kanalının bərpası dekabrın sonunadək tamamlana bilər
16:22 / 06.12.2018
Saimerlo kəndində suvarma kanalının bərpa
işləri yenilənib. Kanalın bərpa işlərini Gürcüstan Melorasiya
xidməti həyata keçirir.
Həmin xidmətin planlar üzrə
departamentinin planına Ağmaşenebelidəki kanalın bərpası da daxil
idi və həmin kanal Saimerlodan keçir və təqribən 700 metr məsafəni
əhatə edir.
Bərpa işləri üzrə departamenrin rəhbəri Giorgi Oniani bizimlə
söhbət zamanı bildirdi ki, kanalım bərpası aktiv rejimdə gedir və
dekabrın sonuna qədər bitəcək.
“Yay dövründə ona görə dayandı ki, əhaliyə suvarma suyu
verirdik. Keçən il təmizləmə işləri apardıq. Bu hissənin bərpası
ilə işlər başa çatacaq. İstəyirik ki, yeni il ərəfəsində Saimerlo
kəndində 650 metrin betonlama işlərini bitirək” -
deyir Giorgi Oniani.
Kanalın bərpası üçün 1 000 000 laridən çox məbləğ xərclənəcək.
Fotonun müəllifi: Ketavav
Kvelace