8 ay ərzində məktəblərdə 2 mindən çox mübahisə halları qeydə alınıb, onun 374 halında polis çağırılıb
12:35 / 15.04.2019
2018-ci ilin 17
sentyabrından 2019-cu ilin aprel ayına qədər ictimai məktəblərə 374
halda polis çağırıblar.
İPN-ə Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən
veirlən məlumata görə, mandatur olan məktəblərdə yeniyetmələr
arasında 2 396 mübahisəli vəziyyət (şifahi və fiziki təhqir) baş
verib.
Onların məlumatına görə, 2018-ci ilin 17 sentyabrından 2019-cu ilin
aprel ayına qədər ictimai məktəblərdə ümumilikdə 66 minə qədər
pozuntu aşkarlanıb. Bunun 64 780 halı intizam pozuntusudur.
“252 halda dərsdə şagird tərəfindən mobil teelfondan
istifadə, 7184-dərsdən qaçmaq, 4504 şagird tərəfindən dərsi pozmaq
və ya pozmağa cəhd etmək, 42 803 şagirin səhər gecikməsi, 10 037
şagirdin dərs prosesinə gecikməsi halı aşkar edilib”
– İPN-ə verilən məlumatda qeyd olunub.