Məktəbə İaqob Qoqebaşvilinin "Ana dilini" qaytarmaq savadsızlıqdır - Berdzenişvili
12:25 / 16.07.2019
“Respublikaçılar partiyasının” üzvü,
filologiya üzrə alimliyə namizəd Levan Berdzenişvilinin bəyanatına
görə məktəbə İaqob Qoqebaşvilinin “Ana dilinin” qaytarılması
ziyankarlıqdır.
“Gürcüstanın baş-naziri və təhsil və başqa bir çox nazirlər məktəbə
Qoqebaşvilinin dərsliyini qaytarmaqla ziyankarlıq edirlər. Dil hər
gün dəyişir və uşaq müasir dil öyrənməlidir. Kor etdikləri yetmədi
və indi də bizim övladlarımızı lal etməyə çalışırlar. Cənab
linqvistlər, alimlər, bu savadsızlığa qarşı səsinizi çıxarın” –
Levan Berdzenişvili sosial şəbəkədə yazıb.
Dünən Baş-Nazir Mamuka Baxtadze bəyanat verib ki, sentyabrdan
Gürcüstanın ictimai məktəbləeinə İaqob Qoqebaşvilinin “ana dili”
qayıdacaq. Dərsliyin adaptasiya olmuş versiyası bütün birinci
siniflərə veriləcək.