Sadaxlı-Tbilisi istiqamətində hərəkət edən qatarın hərəkəti
pandemiyadan sonra bərpa olunmayıb. “Gürcüstan Dəmiryolundan”
“Marneuli” radiosuna bildirdilər ki, marşrutun bərpa olunacağı vaxt
hələ ki, məlum deyil. Dəyişikliklər olan halda isə ictimai məlumat
verəcəklər.
Sadaxlı-Tbilisi qatarı gündə iki reys edirdi. Həmin qatardan
dəmiryolu kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri
istifadə edirdilər. Əksər adamlar üçün bu məhsulun Tbilisiyə aparıb
satılması üçün yeganə imkan idi.
Qatarın hərəkəti koronavirus pandemiyasına görə fövqəladə vəziyyət
elan edildikdən sonra dayandırıldı.
2022-ci ilin 15 iyunundan sonra bir neçə magistral istiqamətlərdə
sərnişinlərin daşınması bərpa edilib.