HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi fevralın 4-də
bildirib ki, oktyabrın
7-dən bu yana İsrailin əraziyə hücumları nəticəsində 27,365
fələstinli ölüb, 66,630 nəfər isə yaralanıb.
Nazirlik həmçinin ötən 24 saat ərzində 127 fələstinlinin
öldürüldüyünü, 178 fələstinlinin isə yaralandığını bildirib.
Şənbə günü İsrail boyu minlərlə insan küçələrə çıxaraq baş nazir
Benyamin Netanyahunu istefaya getməyə və yeni
seçkilərin
keçirilməsinə çağırış edib. Etirazçılar hökumətin hələ də
girovların qaytarılması və müharibənin dayandırılması üçün planlar
hazırlamadığını deyirlər.
İsrail Müdafiə Qüvvələri bazar günü bildirib ki, onların qoşunları
Xan Yunisdəki iqamətgahda “AK-47 tüfəngləri, döyüş sursatı, hərbi
texnika və texnoloji aktivlər”, üstəlik reaktiv qumbaraatanlar
aşkar ediblər.
Əlavə olaraq, Qəzzanın şimalında da İsrail Müdafiə Qüvvələri
terrorçuların iqamətgahlarında “7 AK-47 tüfəngi, 3 tapança, hərbi
texnika, sursat və qumbara” tapdığını bildirib.
Avropa İttifaqı şənbə günü İsrail ordusunun HƏMAS-a qarşı Rəfaha
qədər irəliləmək niyyəti ilə bağlı xəbərlərdən dərin narahatlığını
ifadə edib.
Aİ-nin xarici siyasət komissarı Josep Borrell, ABŞ-ın İraq və
Suriyada İranın dəstəklədiyi militantlar və İranın istifadə etdiyi
onlarla obyektə aviazərbələr endirməsindən sonra İsrail və HƏMAS
arasında atəşkəs əldə olunmasa, münaqişənin regiona yayıla biləcəyi
ilə bağlı xəbərdarlıq edib.
Borrell bildirib ki, “1 milyona yaxın fələstinli getdikcə Misir
sərhədinə doğru didərgin düşür və İsrail orada quru müharibəsinə
başlasa, gedəcək yeri olmayacaq.” Borrell eyni zamanda Rəfahdakı
vəziyyəton “çox ağır” olduğunu deyib.
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, şəhər “ümidsizlik
ocağına” çevrilir.
ABŞ dövlət katibi Antoni Blinken müharibəyə diplomatik həll yolu
tapmaq üçün bazar günü bölgəyə səfər edəcək.
Həmasın idarə etdiyi Qəzza rəsmiləri şənbə günü İsrailin Qəzzanın
Rəfah və Deyr əl-Bələh şəhərlərinə aviazərbələri endirməsi
nəticəsində ən azı 18 fələstinlinin həyatını itirdiyini, İsrailin
insanların sığınacaq axtardıqları anklavın qalan ərazilərinə
qurudan hücumunu genişləndirəcəyinə dair qorxuların artdığını
söylədi.
Qəzzadakı səhiyyə rəsmiləri İsrailin hava hücumunun Rəfahda bir evə
endirilməsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla 14
nəfərin öldüyünü bildirib.
İsrail hərbçilərindən zərbəni onlar tərəfindən həyata keçirilməsi
ilə bağlı heç bir təsdiq yoxdur.
Cənub sərhəddindəki Rəfah Qəzzanın 2,3 milyon əhalisinin yarısından
çoxunu qəbul edir. Onlar İsrailin ABŞ, Böyük Britaniya, AB və
digərlərinə görə terror təşkilatı sayılan HƏMAS-a qarşı təxminən 4
aydır davam edən hücumundan qaçdıqdan sonra orada sığınacaq
tapıblar.