İsveçrənin "Gunvor" neft treyderi noyabrın 6-da bildirib ki,
Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivlərini almaq
təklifini geri götürür.
Bu açıqlama ABŞ Maliyyə Nazirliyinin şirkəti Rusiyanın "kuklası"
adlandırmasından sonra verilib. Bu, Rusiya prezidenti Vladimir
Putinə yaxın oliqarx Gennadi Timçenkonun nəzarəti altında olan
"Gunvor"un ən böyük alqı-satqısı olacaqdı.
ABŞ Maliyyə Nazirliyi X platformasında prezident Donald Trampın
müharibəni dərhal sonlandırmağın
gərəkdiyini açıq bildirdiyini
yazıb: "(Rusiya Prezidenti Vladimir) Putin mənasız qətllərini davam
etdirərsə, Kremlin kuklası "Gunvor"a heç vaxt işləmək və mənfəət
əldə etmək üçün lisenziya verilməyəcək".
Şirkətin korporativ əlaqələr üzrə direktoru Set Pyetras nazirliyin
açıqlamasını "tamamilə yanlış və saxta" adlandırıb.
"Bu arada, "Gunvor" "Lukoil"un beynəlxalq aktivləri ilə
bağlı təklifini geri götürür", – Pyetras deyib.
ABŞ oktyabrda "Lukoil"a sanksiyalar tətbiq edib. Məqsəd Rusiyanın
müharibəyə xərclədiyi gəlirləri azaltmaqdır. Bundan sonra "Lukoil"
"Gunvor"un xarici aktivlərini almaq təklifini qəbul etdiyini
bildirib. Aktivlərə Avropada neft emalı zavodları, Qazaxıstan,
Özbəkistan, İraq və Meksikadakı neft yataqlarında paylar, dünya
üzrə yüzlərlə pərakəndə yanacaqdoldurma stansiyası daxildir.
"Reuters" noyabrın 6-da "Lukoil"un Qərbin sanksiyalarından yayınmaq
üçün Bakıdakı neft tankerini Mahaçqalaya yolladığını yazır.
30 oktyabr
Putinin dostunun şirkəti 'Lukoil'un xarici aktivlərini
alacaq
"Gunvor" neft ticarəti şirkəti Qərbin sanksiyaları altında olan
"Lukoil"un xarici aktivlərini almağı təklif edib. Bu şirkət Rusiya
prezidenti Vladimir Putinə yaxın oliqarx Gennadi Timçenkonun
nəzarəti altındadır.
"Lukoil" təklifi qəbul edib və "Gunvor"dan başqa digər potensial
alıcılarla danışıqlar aparmamaq öhdəliyi götürüb. Bunu TASS iki
şirkət arasındakı danışıqlara yaxın mənbələrlə istinadla xəbər
verib. "Lukoil" aktivlərinin "Gunvor"a satılacağını
təsdiqləyib.
Satış Avstriyada qeydiyyatdan keçmiş "Lukoil International GmbH"
şirkətinin 100 faiz səhmlərini əhatələyəcək. Bu ay ABŞ Maliyyə
Nazirliyi "Lukoil" və "Rosneft" daxil Rusiyanın ən böyük neft
şirkətlərinə sanksiyaları açıqlayıb. Nazirlik bunu "Rusiyanın
Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi
yanaşmaması" ilə əsaslandırıb.
Sanksiyalar "Lukoil" və "Rosneft"in törəmə müəssisələrinə də
aiddir. Buraya yanacaqdoldurma şəbəkələri, geoloji kəşfiyyat, neft
və qaz hasilatı, yataqların idarə edilməsi və logistika ilə məşğul
olan şirkətlər daxildir.
"Gunvor" şirkətini 1997-ci ildə G.Timçenko və neft treyderi
Turbyorn Törnkvist yaradıb. Şirkət neft və neft məhsulları ilə
ticarət edir, 2007-ci ildən Rusiyada, xaricdə aktivlər alaraq
enerji-logistika holdinqi formalaşdırır. Şirkətə Novorossiysk mazut
terminalı, Xəzərdəki "Laqan" yataqları bloku, Türkiyə, Panama və
Avropada aktivlər, Belçika və Almaniyada neftayırma zavodları
məxsusdur.
2014-cü ilin martınadək "Gunvor Group"un 44 faizi Timçenkoya, digər
44 faizi Törnkvistə məxsus olub. Həmin il Ukraynanın Krım
vilayətinin ilhaqından sonra sanksiyalardan ehtiyatlanan Timçenko
payını Törnkvistə satıb, amma şirkət üzərində nəzarəti faktiki
saxlayıb.
Araşdırmalar üzə çıxarıb ki, Timçenko Qərbin Rusiya neftinə
sanksiyalarından sonra Rusiya neftinin (o cümlədən "Rosneft"in)
satışı üçün treyderlərin tapılması ilə məşğuldur. Onunla əlaqəli
şəxslər Rusiya limanlarında "kölgə donanması" adlandırılan Rusiya
tankerlərinin yarısından çoxuna xidmət göstərib. Bu haqda "Vajnıye
istorii" yazır.
Timçenkonun Rusiya və Finlandiya vətəndaşlığı da var. "Current
Time" yazır ki, o, Putinə yaxın olmasına baxmayaraq, qeyri-rəsmi
vasitəçilərin hesabına Qərb sanksiyalarından yayına bilib. ABŞ
Maliyyə Nazirliyi Putinin "Gunvor" biznesində pay sahibi olduğunu
bəyan edib. Belə ki, şirkətin keçmiş sahiblərindən biri Putinin
uşaqlıq dostu Pyotr Kolbin olub.
"Forbes" Timçenkonu Rusiyanın altıncı milyarderi olduğunu yazır.
Onun "Gunvor"dan əlavə, "Novatek", "Stroytransqaz", "Transoyl" və
"Sibur" şirkətlərində də payları var. Putinə yaxınlığını göstərən
daha bir fakt: Timçenkonun strukturları "Baltika" pivə şirkətinin
alınmasını maliyyələşdirib və Putinlə Alina Kabayevanın övladları -
Vladimir və İvanın şəxsi müəllimlərinin maaşlarını ödəyib. Bu faktı
Aleksey Navalnının araşdırma qrupu üzə çıxarıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.