“Spar” əməkdaşlarına qarşı zorakılıq işi üzrə təqsirləndirilən
Manana Qiorqobiani barəsində qətimkan tədbiri olaraq həbs tətbiq
edilib.
Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili
verib.
Bugünki iclasda məhkəmə Qiorqobiani barəsində qətimkan tədbirinin
seçilməsi məsələsini müzakirə edib.
Prokuror Qiorqi Dolakidze bildirib ki, təqsirləndirilənin qaçma,
yeni cinayət törətmə və şahidlərə təzyiq göstərmə ehtimalları
mövcuddur. Bu səbəbdən Manana Giorgobianaya qarşı həbsin
tətbiqi
əsaslı sayılıb.
Müdafiə tərəfi prokurorun mövqeyinə qatılmayıb. Vəkil Levan
Marsaqişvili qeyd edib ki, prokuratura Qiorqobianiyə psixiatrik
ekspertiza təyin edib.
Manana Qiorqobiani isə deyib:
“Əsla dəli deyiləm, yalan danışmayın. Heç bir psixi
pozuntu yoxdur.”
Vəkil əlavə edib ki, prokurorluğun qeyd etdiyi hallar mövcud deyil
və Qiorqobianinin cinayət törətmə, qaçma və şahidlərə təsir
göstərmə riski yoxdur. Buna görə müdafiə tərəfi məhkəmədən
Qiorqobianiyə qarşı 5.000 larilik girov tətbiq edilməsini xahiş
edib.
İş üzrə növbəti məhkəmə iclası 24 dekabr tarixinə təyin olunub.
Həmçinin bu işlə əlaqədar daha 5 nəfər həbs edilib, onlardan biri
Mamuka Çarkvianinin oğlu Jako Çarkvianidir.
Manana Qiorqobianiyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci
maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb (qrup
əməliyyatını təşkil etmək və rəhbərlik etmək, zorakılıqla müşayiət
olunan hərəkətlər), bu maddə üzrə cəza 9 ilədək həbs nəzərdə
tutur.
Prokurorluğun açıqlamasında bildirilir ki, 2 noyabrda Tbilisidə bir
mağazada Qiorqobiani əməkdaşlardan pulun dəyişdirilməsini tələb
edib, ondan imtina edildikdə isə aqressiv davranaraq zərərçəkənlərə
həm sözlü, həm də fiziki təzyiq göstərib. Mağazadan çıxdıqdan sonra
Qiorqobiani beş nəfəri hadisə yerinə gətirərək qrup halında
zərərçəkənlərə fiziki zor tətbiq etdirib və hadisə yerindən
qaçıb.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.