6 noyabrda, həbsdə olan gürcü jurnalist Mzia Amağlobeliyə “Azad
Media Mükafatı” verilib.
Mərasim Almaniyanın Hamburq şəhərində keçirilib.
Həbsdə olan Amağlobelinin adından mükafatı onun həmkarları və
dostları — “Netgazeti” və “Batumelebi” qəzetlərinin baş
redaktorları Nestan Tsitsxvadze və Eter Turadze qəbul ediblər.
Free Media Awards mükafatı Norveçin “Fritt Ord Foundation” və
Almaniyanın “The Zeit Stiftung Bucerius”
fondlarının
təşəbbüsüdür.
Mükafat hər il Şərqi və Mərkəzi Avropa ölkələrində fəaliyyət
göstərən, müstəqil medianın və söz azadlığının müdafiəsində xüsusi
rol oynayan jurnalistlərə və media orqanlarına təqdim olunur.
Fondların yaydığı bəyanatda qeyd olunur ki, Mzia Amağlobeli, 25
illik peşəkar fəaliyyətində jurnalist etikasına və həqiqətə
sadiqliyinə görə, Gürcüstanda müstəqil jurnalistikanın simasına
çevrilib.
Bu mükafatı bundan əvvəl onun yaratdığı iki media qurumu —
“Batumelebi” və “Netgazeti” də alıb.
Xatırladaq ki, 22 oktyabrda Mzia Amağlobeli Avropa İttifaqının
insan hüquqları sahəsində ən yüksək mükafatı olan Saxarov
mükafatına da layiq görülmüşdü.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.