Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizaları
verilməsini qadağan edib.
Bəzi istisnalar nəzərdə tutulub. Bu qayda yalnız Avropa İttifaqı
(Aİ) üzvlərinə deyil, həm də Şengen zonasına daxil olan İsveçrə və
Norveç kimi ölkələrə də aiddir. Bu o deməkdir ki, Rusiya
vətəndaşları hər dəfə Aİ-yə səfər edəndə yeni viza üçün müraciət
etməlidirlər. Komissiya məqsədin dövlət siyasəti və
təhlükəsizliyi
qorumaq olduğunu bildirir.
"Müharibə başlatmaq və Avropada azad hərəkət etməyi
gözləməyi əsaslandırmaq çətindir", – Aİ-nin xarici siyasət
rəhbəri Kaya Kallas X-də yazıb.
İstisnalar
İstisnalar Şengen sazişi üzvü ölkələrdə yaşayan rusiyalıların,
yaxud Aİ vətəndaşlarının yaxın qohumları, nəqliyyat sahəsinin
işçiləri üçün tətbiq olunacaq. Yaxın qohumlar son iki ildə üç
Şengen vizası alıb və onların şərtlərini pozmayıblarsa, o zaman
birillik çoxdəfəli viza ala biləcəklər.
Dənizçilərə, yük maşını və avtobus sürücülərinə, lokomotiv
briqadalarına, digər nəqliyyat işçiləri üçün çoxdəfəli vizanın
müddəti doqquz ay olacaq. O da bir şərtlə ki, onlar son iki ildə
iki viza alıb və ondan düzgün istifadə ediblər.
Əsaslandırılmış hallarda müstəqil jurnalistlərə, insan haqları
müdafiəçilərinə və rejim əleyhdarlarına çoxdəfəli viza verilə
bilər.
Adi halda, viza məsələləri müqavilə iştirakçısı olan ölkələr
səviyyəsində həll olunur. Ancaq bu halda Aİ özünün miqrasiya
riskləri və təhlükəsizliyi ilə bağlı xüsusi hallarda viza
verilməsini məhdudlaşdırmaq hüququna istinad edir.
Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi, kiberhücumlar və sənaye
casusluğu, vizalardan təbliğat məqsədilə potensial sui-istifadə,
"Rusiyanın miqrasiyadan silah kimi istifadəsi" ilə izah edilir.
Yeni qaydalar ölkə xaricində daimi yaşayan Rusiya vətəndaşlarına
aid deyil. Onlar üçün əlavə yoxlama tələb edən ayrıca prosedur
mövcuddur. Bundan əlavə, bu qaydalar, məsələn, təhsil və ya iş
məqsədilə verilən milli vizalara aid edilmir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.