Prokurorluq Mzia Amağlobelinin telefonunda “deep state” tapa bilmədi – ekspertiza nəticəsi
14 noyabrda, Kutaisi Apellyasiya Məhkəməsində Mzia Amağlobelinin işinə yenidən baxılıb.

Apellyasiya şikayəti həm prokurorluq, həm də Mzia Amağlobelinin vəkilləri tərəfindən verilib: prokurorluq ona verilmiş ittihamın və cəzanın ağırlaşdırılmasını, müdafiə tərəfi isə hökmün ləğvini və onun azad edilməsini tələb edir.

Məhkəmə prosesində prokuror işə Mzia Amağlobelinin şəxsi telefonunun ekspertiza nəticəsinin əlavə olunması barədə vəsatət qaldırıb.

Prokuror Şota

Chxaidze deyib:

“Mzia Amağlobelinin telefonuna ekspertiza təyin olunmuşdu. Ekspertiza başa çatdı, nəticə əldə etdik. Bu nəticənin iş materiallarına əlavə edilməsini tələb edirik.”

Vəkil Maia Mtsariaşvili bildirib:

“Ekspertiza nəticəsinə görə, Mzia Amağlobelinin telefonunda istintaq üçün maraqlı heç bir məlumat tapılmayıb. Telefondan heç bir ‘deep state’ çıxmayıb.”

Mzia Amağlobeli 12 yanvarda saxlanıldığı zaman onun şəxsi əşyaları – açar, bank kartı və mobil telefonu müsadirə olunmuşdu.

Sonrakı məhkəmə iclaslarından birində prokuror Tornike Qoğaşvili hakim Viktor Metrevelidən Amağlobelinin telefonundan çıxarılan məlumatların işə əlavə edilməsini xahiş etmişdi.

Məlum olmuşdu ki, iş materiallarında 15 fevral tarixli, detektiv Vladimir Çitaianın yazdığı raport peyda olub. O, Quriya Polis Departamentinin direktor müavini, polkovnik Serqi Jğentə yazırdı ki, onun məlumatına görə, “Mzia Amağlobeli polis əməkdaşına hücumu əvvəlcədən planlaşdırmışdı və hücumdan əvvəl mobil tətbiqlə kimliyi müəyyən edilməmiş şəxslərlə yazışır, onlardan göstərişlər alırdı.”

Prokurorluq məhz bu raport əsasında Mzia Amağlobelinin telefonuna çıxış tələb etmişdi. Hakim bu tələbi təmin etmişdi.

Demək olar 9 ay davam edən ekspertiza sonunda təsdiqlədi ki, Mzia Amağlobelinin telefonunda hücumun guya əvvəlcədən planlaşdırıldığını sübut edən heç bir məlumat yoxdur və raportda yazılanlar yalan idi.

Sonradan prokurorluq işdən 8 şahidi — o cümlədən detektiv Vladimir Çitaianı çıxarıb.

Bu gün isə dövlət ittihamı rəsmi şəkildə təsdiqlədi ki, “Mzia Amağlobelinin telefonunda deep state tapılmayıb.”

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google