2028-ci ilə qədər alkoqolsuz içkilərin markalanma xərclərini
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ödəyəcək.
Bu barədə məlumat Qanunvericilik Məcəlləsində dərc edilmiş
sərəncamdan məlum olur.
Sənəddə bildirilir ki,
“31 dekabr 2027-ci il
tarixinədək seçilmiş şəxsə aid qeyri-aksiz məhsulun məcburi
markalanma nominal dəyəri, seçilmiş şəxs ilə bağlanmış müqaviləyə
əsasən, Gəlirlər Xidməti tərəfindən ödəniləcək”.
Qeyd edək ki, alkoqolsuz içkilərin elektron markalanması
qaydası
2012-ci ildə Azərbaycanın Maliyyə Nazirliyinin əmri ilə müəyyən
edilib. Markalanma bütün spirtsiz içkilərə, o cümlədən mineral və
süzülmüş sulara tətbiq olunub. Bu qaydanın məqsədi bazarda saxta
məhsul dövriyyəsinin azaldılması idi, lakin biznes üçün əlavə
xərclər yaratmışdı. Yeni qayda 2013-cü ildən tətbiq edilməli idi,
lakin biznesin etirazları və tənqidlər səbəbindən bir neçə il
təxirə salındı. 2016-cı ildən isə spirtsiz içkilərin markalanması
qaydası kompromis variantı ilə qüvvəyə minib – Maliyyə Nazirliyi
markalanma xərclərini müvəqqəti olaraq öz üzərinə götürüb.
Qeyd olunur ki, markalanma prosesinin təmin olunması üçün
podratçının seçimi Gəlirlər Xidmətinə aid olsa da, xidmətin ödənişi
məhsul istehsalçısına həvalə olunur.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.