İrakli Kobaxidze: “Qeyri-hökumət təşkilatı” və “vətəndaş cəmiyyəti” terminləri yalandır
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze İctimai Televiziyanın birinci kanalında bildirib ki, “qeyri-hökumət təşkilatı” və “vətəndaş cəmiyyəti” terminləri yalandır. Onun sözlərinə görə, “əslində Gürcüstanda heç vaxt qeyri-hökumət təşkilatları mövcud olmayıb”.

Kobaxidze deyib ki, “Gürcü Arzusu” 2022-ci ilə qədər bu mövzuda danışmağa cəsarət etmirdi.

“‘Qeyri-hökumət təşkilatı’ termini artıq yalandır. ‘Vətəndaş cəmiyyəti’ termini də artıq yalandır. Əslində Gürcüstanda heç

bir qeyri-hökumət təşkilatı olmayıb. Əslində bunlar xarici hökumət təşkilatları idi — xarici hökumətlərin maliyyəsi ilə fəaliyyət göstərən qurumlar. Maliyyə mənbəyi nədirsə, təbii olaraq həmin maraqlar da irəli sürülür. Bu barədə danışmaq belə bizə qadağan edilmişdi və məhz buna görə qəbul etdiyimiz qanuna ‘rus qanunu’ damğası vuruldu. Heç bir qeyri-hökumət təşkilatı mövcud deyil, yalnız xarici hökumətlərin Gürcüstanda müdaxilə məqsədilə maliyyələşdirdiyi konkret təşkilatlar var. Heç bir vətəndaş cəmiyyəti yoxdur. Əgər vətəndaş cəmiyyəti varsa, deməli, qeyri-vətəndaş cəmiyyəti də olmalıdır. Təsəvvür edin ki, Lomcaria və Qiqauri vətəndaş cəmiyyətidir, universitet professorları isə qeyri-vətəndaş cəmiyyətidir; yaradıcı sahədə çalışan insanlar və ya jurnalistlər və s. — qeyri-vətəndaş cəmiyyətidir. Terminlərin özü belə fars idi. Biz illər boyu bu barədə danışmağa cəsarət etmirdik və bu mövzuda danışmağa 2022-ci ildən başladıq. Ağrılı proseslər fonunda həqiqətin üstündəki pərdəni qaldırdıq. Xatırlayırsınız, şəffaflıq haqqında qanunu qəbul edərkən nə qədər insanı aldatdılar və onlara təlqin etdilər ki, guya Qərbdən mənfi, qüsurlu məqsədlər üçün vəsait gələ bilməz. İnsanları bu yalanla yaşatdılar”,
— deyə İrakli Kobaxidze bildirib.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google