“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze 20 iyun hadisələri
ilə bağlı danışarkən bildirib ki,
polis qüvvələri Daxili İşlər Nazirliyinə tabe idi və həmin dövrdə
nazir olan Qiorqi Qaxaria əmrləri şəxsən verirdi. Ona görə də
Qaxaria bu məsuliyyətdən yayına bilməyəcək.
“Başqa kimsə əmrlər verirdi demək absurddur. Bütün
polis qüvvələri Daxili İşlər Nazirinə tabe idi və müvafiq olaraq,
nazirə və onun tabeliyində olan şəxslərə tabe olurdular. Təbii ki,
o vaxt polis əməkdaşları əmrləri vicdanla yerinə yetirirdilər.
Təsəvvür edin, siz daxili işlər nazirisiniz və sizin yerinizə kimsə
qərar qəbul edir, nəticədə insanlara bu qədər ağır zərər dəyir.
Kimsə sizin səlahiyyətlərinizi tapdalayır, siz isə vəzifədə qalır
və daha sonra baş nazir postuna yüksəlirsiniz. Burada vəziyyət
aydındır. Qaxarianın çıxış yolu yoxdur, o, elə ağır və çıxılmaz
vəziyyətə düşüb ki, bu durumdan xilas olmaq üçün heç bir yolu
qalmayıb. Əlbəttə ki, o, özünü doğrulda bilməyəcək, xüsusilə də
geniş ictimaiyyət qarşısında faktiki etiraf xarakterli açıqlamalar
verdiyi nəzərə alınarsa”, — deyə Kobaxidze
vurğulayıb.
Xatırladaq ki, prokurorluq Qiorqi Qaxariaya qarşı 20–21 iyun
hadisələri və Çorçana epizodu üzrə cinayət işi 12 noyabrda
başlayıb.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.