Sabah, 11 fevral tarixində Parlamentin qiymətləri araşdıran
müvəqqəti istintaq komissiyasının ilk iş iclası keçiriləcək.
Məlumata görə, iclasda yerli ət məhsulları, süd məhsulları və
yumurta istehsalçıları iştirak edəcək. Müzakirələr bazarın
strukturu və qiymətlərin formalaşma zənciri ətrafında
aparılacaq.
Qiymətləri araşdıran müvəqqəti komissiya parlamentdə keçən həftə
yaradılıb. Komissiyanın tərkibinə 14 nəfər daxildir və kvotalar
belə bölünüb: “Gürcü Arzusu” –
7; “Xalqı Gücü” – 3; “Gürcüstan
naminə” – 3; Avrososialistlər – 1. İlk iclas, qeyd olunduğu kimi,
sabah keçiriləcək.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayının əvvəllərində hökumət də
qiymətləri izləmək məqsədilə koordinasiya işçi qrupu yaradıb. Baş
nazirin rəhbərliyi altında bu komissiya apteklər şəbəkələrinin və
əczaçılıq assosiasiyasının, yerli istehsalçıların, pərakəndə
sektoru, distribyutor şirkətləri və neft şirkətləri nümayəndələri
ilə görüşlər keçirib. Həmçinin, bildirilib ki, komissiya işini
ehtimal ki, aprelin sonunadək yekunlaşdıracaq.
Xatırladaq ki, baş nazir İrakli Kobaxidze 2025-ci il 24 dekabr
tarixində bildirib ki, ərzaq məhsullarının Avropa və Gürcüstan
qiymətləri arasındakı böyük fərq distribyutor şirkətləri və
marketlərin yüksək əlavə qiyməti ilə izah olunur, bu isə Gürcüstan
sərhədindən satışa qədər orta hesabla 86%-i təşkil edir. 24
dekabrda Dövlət Təhlükəsizlik Xidmətində isə elan edilib ki, ərzaq
məhsulları ilə bağlı qiymətlərin araşdırılması başlanacaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.