Məhkəmə Liluaşvilini həbsdə saxlayıb

Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin işinə baxan məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə iş üzrə prokuror Mariam Berdzenişvili məlumat verib.

“Bütün proses çərçivəsində məhkəmə Liluaşvilinin barəsində seçilmiş həbsin uyğunluğu və aktuallığını nəzərdən keçirdi. Prokurorluq mövcud risklərin hələ də qalmasını vurğuladı, müdafiə tərəfi isə öz arqumentlərini təqdim etdi. Məhkəmə qərar qəbul

etdi ki, həbs qüvvədə saxlanılsın”,
– deyə prokuror bildirib.

Berdzenişvilinin sözlərinə görə, iş üzrə istintaq davam edir. Hazırda işdə mövcud olan şahidlər və digər konkret sübutlar açıqlanmır ki, istintaqın gedişatına təsir göstərilməsin.

Keçmiş DTX rəhbəri Liluaşvili ötən ilin dekabrında həbs olunub. O Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi və 3-cü hissəsinin “e” bəndi ilə ittiham olunur. Bu isə əvvəlcədən razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük məbləğdə rüşvət alınması ilə bağlıdır. Liluaşvilini 11-dən 15 ilədək həbs cəzası gözləyir. Keçmiş baş nazir İrakli Qaribaşvilidən fərqli olaraq, Liluaşvili ittihamı qəbul etmir.


Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google