ABŞ prezidenti Donald Tramp əvvəlcə İran kürdlərinin Tehrana qarşı
hərbi əməliyyata qoşulmasına dəstək bildirdi,
sonradan bunu, azından indilik, istəmədiyini dedi. Bir fotoqraf
İran kürdlərinin bir istehkamına baş çəkib. O, İrandan kənardakı
kürdlərin bu qrupunun hər ehtimala "müharibəyə hazırlaşdığını"
deyir.
Fotojurnalist Sedat Suna martın 12-də İran kürdlərinin Komala
silahlı siyasi birliyinin dağ bazasına giriş əldə edib. Bu
baza
İraqın şimal-şərqində yerləşir, bu yaxınlarda İranın dron
hücumlarına məruz qalıb.
Bu silahlı qrup İranın bir neçə kürd siyasi partiyasının yaratdığı
ittifaqa daxildir. Bu alyansın təməli ABŞ və İsrail fevralın 28-də
İrana qarşı hərbi əməliyyata başlayandan az əvvəl qoyulub. Onlar
İran daxilində İraqdakı yarı-muxtar Kürdüstan bölgəsinə bənzər, öz
müqəddəratını təyin edən region istəyirlər.
“Müharibəyə bir fürsət kimi baxırlar”
“Onlar müharibəyə bir fürsət kimi baxırlar. Deyirlər
ki, öz qərarlarını verə bilərlər”, – fotojurnalist
AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, döyüşçülər İranla
münaqişəyə girmək üçün ABŞ-dən yaşıl işıq gözləyirlər.
Komala partiyasının sözçüsü deyib ki, Birləşmiş Ştatlar dəstək
verərsə, döyüşçülər İranın kürd regionunda “azadetməyə
başlayarlar”.
Təxminən 30-40 milyon etnik kürd İran, İraq, Suriya və Türkiyədə
dağlıq ərazidə məskunlaşıblar. Onlar əsasən sünni müsəlmanlardır,
dünyada öz ölkəsi olmayan ən böyük etnik qruplardan biridir.
İran kürdləri əsasən ölkənin qərbində yaşayır, İranın 92 milyona
yaxın əhalisinin 10 faizə yaxınını təşkil edir.
1979-cu il İslam İnqilabından sonra kürdlərin Tehranla
münasibətləri gərgindir. O zaman ölkənin yeni rəhbərləri onları
İranın ərazi bütövlüyünə təhdid sayaraq kütləvi qırğına məruz
qoymuşdu.
Müşahidəçilərin fikrincə, hazırda kürdlərin İranda müharibəyə
potensial cəlbinin nəhəng çətinlikləri var.
Konkret şərtlər
Sasseks Universitetində İran üzrə ekspert Kamran Mətin deyir ki,
İranın kürd regionunda mühacirətdə olan İran kürdlərinə dəstəyi
böyükdür. Amma onun fikrincə, yalnız konkret şərtlər həm ölkə
daxilindəki, həm də xaricindəki kürdləri islam respublikasına qarşı
müharibəyə cəlb eləyə bilər.
Birincisi, gərək bundan ötrü İran
“Kürdüstanında İran
rejiminin qüvvələri xeyli zəiflədilsin”. Bundan savayı,
kürd qrupları ABŞ-nin uzun müddətli hərbi və siyasi dəstəklə bağlı
konkret öhdəlik götürməsini tələb edə bilərlər. Mətin deyir ki, bu,
İran Kürdüstanı üzərində qeyri-uçuş zonasının yaradılması
formasında ola bilər.
Onun fikrincə, onlara ABŞ-dən gələcək İranda kürd hüquqlarına
dəstək lazım ola bilər.
Amma indilik, ABŞ-nin belə bir öhdəlik götürəcəyinin əlaməti
görünmür.
Bir müddət öncə MKİ-nin (CIA) qonşu İraqda kürd qrupları
silahlandırması xəbərləri yayıldı. Tramp martın 5-də dedi ki, İran
kürdlərinin üsyanını “tam dəstəklərdi”. Amma sonradan kürdlərin
münaqişəyə girməsini istisna etdi,
“Müharibəni olduğundan
daha da mürəkkəbləşdirmək istəməzdik” dedi.
Fotoqraf Suna deyir ki, baş çəkdiyi döyüşçülər arasında ABŞ-yə
rəğbət böyükdür, bəziləri uniformasında ABŞ bayraqlarını
gəzdirir.
İraq Kürdüstanının mövqeyi
İraq Kürdüstanı rəsmiləri isə İraq kürdlərinin İrandakı müharibəyə
qoşulması ideyasını rədd ediblər.
“Biz kirayə silahlar deyilik”, – regionun
baş nazir müavini Qubad Təlabani jurnalistlərə deyib.
Region hökuməti İranın kürd silahlı qruplarına ünvanlanmış kimi
görünən mesajında bildirib ki,
“İraq ərazisindən qonşu
ölkələrə hücumlar üçün platsdarm kimi istifadə
olunmamalıdır”.
Tehran isə öz növbəsində belə bir təhdid səsləndirib ki, İraq
ərazisindən kürd döyüşçülərin müdaxiləsi olarsa,
“İraqın Kürdüstan Vilayətində bütün obyektlər... hədəfə
alınacaq”.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.