2025-ci ildə Gürcüstanda diri doğulanların sayı 37 867 nəfər təşkil
edib. Onların 19 856-sı oğlan, 18 011-i isə qızdır.
Bu məlumat Milli Statistika Xidmətinin demoqrafik göstəricilərindən
əldə olunur.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 4.1 faiz
azalıb.
“2025-ci ildə ən çox doğum halı Tbilisidə qeydə alınıb
(14 334 uşaq), ən az doğum isə Raça-Leçxumi və Aşağı Svaneti
bölgəsində baş verib (191 uşaq).
2025-ci ildə diri doğulanların ümumi sayında birinci övladların
payı 2024-cü illə müqayisədə 35.9 faizdən 36.6 faizə yüksəlib,
ikinci övladların payı azalıb və 32.9 faiz təşkil edib. Üçüncü və
sonrakı doğumların payı isə demək olar ki, dəyişməyib – 29.1
faiz.
2025-ci ildə diri doğulanların ümumi sayında 25 yaşa qədər olan
anaların payı 23.2 faizdən 21.9 faizə düşüb, 25–39 yaş arasında
olan anaların payı 69.5 faizdən 70.4 faizə yüksəlib. Artım həmçinin
40 yaş və yuxarı olan analar arasında da qeydə alınıb – bu
göstərici 7.3 faizdən 7.7 faizə çatıb.
2025-ci ildə ilk uşağın doğulması zamanı ananın orta yaşı 27.4
olaraq müəyyən edilib,” – deyə Milli Statistika
Xidmətinin məlumatında bildirilir.
Gürcüstanda doğum göstəricisi tarixi minimuma
çatıb
Rəsmi statistikaya əsasən, 2025-ci ildə Gürcüstanda mənfi təbii
artım qeydə alınıb, yəni vəfat edənlərin sayı diri doğulanların
sayını üstələyib. Qeyd olunur ki, bu vəziyyət illərdir davam edir
və doğum göstəricisi ildən-ilə azalır. 2025-ci ilin məlumatlarına
görə, ölkədə doğum səviyyəsi son otuz ilin ən aşağı həddinə düşüb
(Milli Statistika Xidmətinin demoqrafik məlumatları 1994-cü ildən
etibarən mövcuddur).
“2025-ci ildə, 2024-cü illə müqayisədə, vəfat edənlərin
sayı 0.8 faiz artaraq 44 319 nəfərə çatıb. Ən çox ölüm halı
Tbilisidə (12 743 nəfər), ən az ölüm isə Raça-Leçxumi və Aşağı
Svaneti bölgəsində qeydə alınıb (585 nəfər).
2025-ci ilin məlumatlarına görə, körpə ölümü əmsalı (1 yaşadək ölən
uşaqların sayı — 1 000 diri doğulana) 7.6 promille təşkil edib. 5
yaşadək ölüm əmsalı isə (1 000 diri doğulana) 9.1 promille
olub.
2025-ci ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanlar və
vəfat edənlərin say fərqi) qeydiyyata alınıb və –6 452 təşkil
edib.
Bundan əlavə, mənfi təbii artım bütün bölgələrdə qeydə alınıb,
yalnız Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli
bölgəsi istisna olmaqla,” – deyə Milli Statistika
Xidmətinin məlumatında bildirilir.
Evlilik və boşanma statistikasına gəlincə, Milli Statistika
Xidmətinin məlumatına görə, 2025-ci ildə 22 285 nikah qeydə alınıb
ki, bu da əvvəlki illə müqayisədə 2.9 faiz çoxdur.
Məlumata əsasən, qadınlarda ilk nikahın orta yaşı 30.1 il,
kişilərdə isə 32.4 il təşkil edir.
Həmçinin bildirilib ki, 2025-ci ildə qeydə alınmış boşanmaların
sayı 13 173 olub ki, bu da əvvəlki illə müqayisədə 2.6 faiz
azdır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.