İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib,
Qum şəhərində müalicə olunur,
bu səbəbdən ölkəni idarə edə bilmir. Bunu Londonda çıxan "The
Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.
Məlumatın ABŞ və İsrailin Fars körfəzi müttəfiqləri ilə paylaşdığı
kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba
atasının, Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb, ağır və
huşsuz
vəziyyətdədir.
Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət
qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni
intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə
bağlı şübhələri artırıb.
Məlumatda o da bildirilir ki, Qumda ata Xameneinin dəfninə
hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə
planlarının olduğu vurğulanır.
Bütün bunlar İranda hakimiyyətdə əslində kimin olması ilə bağlı
suallar yaradır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
ölkəyə faktiki nəzarət etdiyi ehtimal olunur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.